/ / Pekində “Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri” mövzusunda mühazirə təşkil edilib
Pekində “Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri” mövzusunda mühazirə təşkil edilib
12.04.2019 [09:58]
Çinin ən nüfuzlu ali təhsil ocaqlarından biri və əsasən Çin Xarici İşlər Nazirliyi üçün diplomatların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetində “Cənubi Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti və Azərbaycan-Çin münasibətləri” mövzusunda mühazirə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, universitet rəhbərliyinin, müəllim və tələbələrin, habelə Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçıların iştirak etdikləri mühazirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, XX əsrin sonunda ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən və təhdidlərdən danışıb. Bildirib ki, bir çox maraqların toqquşduğu Cənubi Qafqaz bölgəsində yerləşən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə müstəqilliyinin ilk illərində ciddi problemlərlə qarşılaşıb. Amma Ulu Öndər Heydər Əliyevin və Onun siyasi varisi Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan çətinliklərin öhdəsindən gələrək davamlı inkişafa nail olmağı bacarıb. Azərbaycan özünün coğrafi şəraiti, iqtisadi potensialı, təbii resursları ilə bölgədə yeni əməkdaşlıq platformaları yaradıb. Məhz ölkəmizin liderliyi və qətiyyəti sayəsində Xəzər dənizi-Qara dəniz-Aralıq dənizini, hətta Adriatik dənizini birləşdirən regional layihələr icra olunur.
Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident Administrasiyasının şöbə müdiri Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərinin hələ də yerinə yetirilməməsindən təəssüfünü ifadə edib. O, Azərbaycanın bu münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyi barədə məlumat verib.
Mühazirə zamanı Azərbaycan-Çin münasibətlərinin bütün sahələrində müşahidə olunan inkişafın hər iki tərəf üçün faydalı olduğu bildirilib, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə Azərbaycanın özünün nəqliyyat-logistika imkanları ilə verdiyi töhfələr vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın Çin vətəndaşları üçün tətbiq etdiyi sadələşdirilmiş viza rejimi və “ASAN Viza” sistemi daha çox çinli turistin Azərbaycana səfər etməsinə imkan yaradır.
Sonra iştirakçıların müxtəlif mövzularda sualları cavablandırılıb.
Ümumilikdə, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetinin rektoru Pen Lon ilə görüşdə ölkələrimizin humanitar, o cümlədən elm və təhsil sahələrində əməkdaşlığından danışılıb. Bildirilib ki, bu təhsil ocağında Azərbaycan dili üzrə kadrların hazırlanması ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də inkişafına müsbət təsirini göstərəcək.
Hikmət Hacıyev universitetin Azərbaycan dili kafedrası ilə tanış olub, bu ixtisas üzrə təhsil alan tələbələrlə görüşüb.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31

