Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
14.03.2019 [09:59]
Martın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanın son illər dinamik inkişaf yolunda olduğunu deyib. Həyata keçirilən islahatların insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldildiyini bildirən Bahar Muradova qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı nəzərdə tutulan əsas məqsəddir. Bu məqsəd də vətəndaşların daha yaxşı yaşamasına, onların təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.
Sonra gündəlikdəki məsələlərə baxılıb.
Gündəlikdə dörd məsələnin olduğunu qeyd edən Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova bildirib ki, təqdim olunan qanun layihələri qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır. Onlardan bir qismi 2018-ci ildə qəbul olunmuş “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrası məqsədilə hazırlanıb. ƏMTQ-nin əsas məqsədi bu qanunun Əlavəsində göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.
İclasda gündəlikdəki iki məsələni şərh edən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bildirib ki, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrası ilə əlaqədardır. Bu qanunlara edilən dəyişiklik adı çəkilən sahələrə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədinin hazırlanmasını və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsini də nəzərdə tutur.
Məlumat verilib ki, “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi isə “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Həmin Qanunla mühasibat uçotu sahəsində bir sıra islahat xarakterli tədbirlər həyata keçirilib.
Komitənin gündəliyindəki növbəti iki məsələni Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təqdim edib. Diqqətə çatdırılıb ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi (birinci oxunuş) “Təhsil haqqında” Qanunda 2018-ci il 12 iyun tarixdə edilmiş dəyişikliklərlə əlaqədardır.
Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında”, “Dövlət rüsumu haqqında”, “Mühasibat uçotu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi isə bu qanunverici aktların 2018-ci il 24 aprel tarixdə qəbul edilmiş “Peşə təhsili haqqında” Qanuna uyğunlaşdırılması zərurətindən irəli gəlib. Layihələrdə bir sıra güzəştlər nəzərdə tutulur. Belə ki, yeniliklərə görə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, elmi təşkilatda ödənişli təhsil alan şəhid ailəsinin üzvləri təhsil haqqını ödəməkdən azad olunacaq. Həmçinin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan əlilliyi olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Azərbaycan dövlətinin humanist siyasətini əks etdirən qanun layihələri ilə bağlı iclasda aparılan müzakirələrdə deputatlar Hikmət Məmmədov, Elman Nəsirov, Sona Əliyeva, Tahir Kərimli, komitə sədrinin müavini Yevda Abramov müsbət rəylərini bildirib, təkliflər irəli sürüblər.
Fikir mübadiləsinin yekununda baxılan qanun layihələri plenar iclasın müzakirəsinə tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30

