“Hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir”
13.03.2019 [10:27]
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri və bu səfər çərçivəsində Baş nazir Eduard Filip ilə görüşməsi iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkilinin sözlərinə görə, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr var, ancaq bununla belə, əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur: “Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik də ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daima Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın Baş naziri ilə görüşdə dəmir yolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır.
Heç şübhəsiz ki, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi üzərinə ciddi bir öhdəçilik götürüb və biz digər həmsədr ölkələrlə bərabər, bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində çox da sadə olmayan bir mərhələdə Fransa Baş nazirinin belə mövqe bildirməsi əslində ATƏT-in həmsədrlərinin bəyanatında səsləndirilən Helsinki Yekun aktında göstərilən milli müqəddəratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır prinsipini dəstəkləmək kimi başa düşülür. Ona görə ki, bu bəyanatı qəbul edən ölkələrdən biri həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək, görəcəyik ki, səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, həm də onun mühüm siyasi tərəfləri də var və bizim üçün olduqca əhəmiyyətlidir”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

