Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub
07.03.2019 [10:36]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin bu cür inkişaf etməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Milli Məclisin sədri Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm hüquqi bazasının yaradıldığını bildirərək deyib ki, ötən dövr ərzində qardaş ölkələrimiz arasında 230-a yaxın sənəd imzalanıb, 30 sənəd isə hazırlanma mərhələsindədir.
İqtisadi əlaqələrdən danışan Oqtay Əsədov diqqətə çatdırıb ki, 2017-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar idisə, 2018-ci ildə bu göstərici üç milyard beş yüz milyon dollar olub. Əsas hədəfimiz ticarət dövriyyəsinin həcmini on milyard dollara çatdırmaqdır. Digər sevindirici hal isə Azərbaycanın Türkiyədə əsas sərmayədarlardan biri olmasıdır. Ölkələrimiz birgə regional layihələr həyata keçirirlər. Bu layihələr gələcəkdə Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır.
Parlamentlərimiz arasında əlaqələrin davamlı olaraq genişləndiyini söyləyən Oqtay Əsədov qeyd edib ki, nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyirlər.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Azərbaycanın Türkiyə üçün ən etibarlı strateji tərəfdaş olduğunu qeyd edən Mustafa Şentop deyib ki, dünyada qardaş ölkələrimiz qədər bir-birinə yaxın olan dövlətlər yoxdur.
Mustafa Şentop parlamentlərimizin dostluq qruplarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18

