Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin əziz xatirəsi unudulmur
23.10.2009 [09:27]
Dünən Azərbaycanın böyük oğlu, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anım günü idi. Dünyanı fəth edən bariton səsli məşhur musiqiçi Müslüm Maqomayevin ölümündən bir il ötsə də, onun əziz xatirəsi unudulmur. Zəmanəmizin musiqi aləminin ən parlaq ulduzlarından olan Müslümlə bağlı xatirələr daim anılır. O, hər zaman dostlarının əhatəsində idi. çünkü bütün dostları Müslümü sevirdi, ona güvənirdilər.
Onunla vida günündə olduğu kimi, yenə də yüzlərlə Müslümsevər Fəxri Xiyabana gəlib. Anım mərasiminə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya və qızı Marina Maqomayeva da mərasimdə iştirak edirdilər. Anım günündə Müslüm Maqomayevin məzarı üstündə xatirə abidəsi də hazır idi. Xalq rəssamı ömər Eldarov abidəni ağ ural mərmərindən hazırlayıb.
Xalq rəssamı bildirib ki, onun üçün Müslüm Maqomayevin obrazını yaratmaq böyük şərəf idi. Bu işin üzərində çalışarkən musiqiçinin həyat yoldaşı və dostları ilə belə qərara gəldik ki, Müslüm Maqomayev hər zaman səhnədə çıxış edən, romantik, gözəl görünüşlü və güclü əks olunmalıdır. Mən abidədə bu hissləri əks etdirməyə çalışmışam.
Müslüm Maqomayevlə bağlı xatirələrin hər zaman yaşayacağını deyən dostları - Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq artsiti Arif Məlikov, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Lyubov Sliska, Xalq artisti Eldar Quliyev çıxış ediblər. Onlar Müslümün böyük xatirəsindən, onun təkrarsız səsindən və mahir ifaçılığından danışıblar. Bildiriblər ki, Müslüm səhnə görünüşü, mükəmməl səsi və xoşbəxt ailə mühiti ilə əhatə olunan nadir insanlardan idi. Ulu öndər Heydər Əliyevlə qırılmaz dostluq münasibətlərindən danışan dostları xüsusilə vurğulayıblar ki, dövlətimizin başçısı İlham Əliyev də Müslüm sənətinə daim böyük hörmətlə yanaşıb. Bu gün məzarı üstündə ucalan xatirə abidəsi də bu hörmətin bariz nümunəsidir.
çıxışlardan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və qızı Leyla Əliyeva, Tamara Sinyavskaya musiqiçinin, eləcə də bəstəkarın babası Müslüm Maqomayevin məzarları üstünə gül dəstələri düzüblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35

