Ermənistan beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında deyil
05.10.2018 [08:48]
Beynəlxalq Frankofoniya Təşkilatının zirvə görüşünün işğalçı Ermənistanda keçirilməsi bu təşkilatın prinsiplərinə ziddir
Məlum olduğu kimi, Beynəlxalq Frankofoniya Təşkilatının (BFK) 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Elə əsl problem də burdan başlanır. Belə ki, tədbirin Ermənistanda keçirilməsi iki nöqteyi-nəzərdən yanlışdır: birincisi, mahiyyət, ikincisi isə kontekst baxımından.
BFT-nin növbəti zirvə görüşünün başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozmuş, ərazisinin bir hissəsini uzun illərdən bəri işğal etmiş, minlərlə günahsız insanı qətlə yetirmiş bir dövlətin ərazisində keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir. Axı soyqırımı törətmiş, təcavüzkar, terrorçu bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı “ortaq dəyərlər’’ yaxınlaşdıra, bağlaya bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, əvvəla Ermənistanı heç bir halda fransız dilli ölkə adlandırmaq olmaz. Onun sözlərinə görə, digər tərəfdən əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir təşkilat XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edir: “Eyni zamanda, təşkilat üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıb və hətta bir çox hallarda qəti şəkildə pisləyib. Üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib”.
Millət vəkili onu da deyib ki, Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır: “Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır”.
Milli Məclisin deputatı Aydın Hüseynov isə deyib ki, Ermənistanda hazırda vəziyyət o qədər mürəkkəbdir ki, kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. O qeyd edib ki, öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Öz xalqını belə gülləbaran etməkdən çəkinməyən Ermənistan güc strukturları xarici nümayəndə heyətlərinin qeydinə qalacaqmı?
“Digər tərəfdən Ermənistan hər zamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışa bilər. Nəzərə almaq lazımdır ki, sammitdə iştirak edən dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər, həmçinin Avropa və Asiya ölkələri də vardır. Yəqin ki, Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı əkstəbliğat məqsədli addımına mane olacaqdır. Elə Frankofoniya təşkilatının lideri hesab olunan Fransanın özünün ATƏT-in Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın özündə belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacağına ümid edirik”, - deyə millət vəkili qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52

