/ / Müasir Azərbaycanın qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Cümhuriyyət ənənələrinə sadiqliyin bariz nümunəsidir
Müasir Azərbaycanın qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Cümhuriyyət ənənələrinə sadiqliyin bariz nümunəsidir
22.09.2018 [10:08]
Azərbaycan parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu tarixinin, dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malik olan bir xalqdır və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib. Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk demokratik Cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələnirdi. Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, dövlətimizin başçısı ölkəmizin 1993-cü ildən sonra istər siyasi-iqtisadi, istər humanitar, sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, - deyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və ölkəmizin suverenliyindən kənar heç bir status alınmayacaq.
Milli Məclisin deputatı qeyd edib ki, bu fikirlər həm problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin təxribatçı çıxışlarına cavab kimi səsləndirildi. Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazandığı və bunun regiona sabitlik və rifah gətirdiyi, eyni zamanda, ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qaldığı regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikulturalizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı. Ölkəmiz bu siyasəti davam etdirəcək. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, sözün əsl mənasında, müstəqil dövlət olması, daim öz milli maraqlarından çıxış edə bilmə cəsarəti nümayiş etdirməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15

