/ / Sahibə Qafarova: Ermənistandakı şiddətli etirazlar erməni xalqının Serj Sarkisyana qarşı narazılığının ifadəsidir
Sahibə Qafarova: Ermənistandakı şiddətli etirazlar erməni xalqının Serj Sarkisyana qarşı narazılığının ifadəsidir
19.04.2018 [09:43]
Bu gün Ermənistanda baş verən iğtişaşlar gözlənilən idi. İşğalçı ölkədəki şiddətli etirazlar erməni xalqının Serj Sarkisyana qarşı haqlı narazılığının ifadəsidir. Çünki Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı təzyiqləri artıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, ölkənin bütün sənaye müəssisələrini, enerji sektorunu faktiki olaraq xarici dövlətlərə məxsus şirkətlərə satan Serj Sarkisyan hakimiyyəti erməni diaspor təşkilatlarını da narazı salıb. Bu, diaspor təşkilatlarından gələn ianələrin də dayandırılmasına səbəb olub. Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır. Belə olduğu halda, Serj Sarkisyanın yenidən öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması erməni xalqının səbrini daşırıb və ölkə vətəndaşları artıq bu rejimə dözmək istəmir.
Milli Məclisin deputatı qeyd edib ki, işğalçı ölkədə ciddi iğtişaşlarla müşayiət olunan hadisələrin bu şəkildə cərəyan etməsində beynəlxalq ictimaiyyətin də rolu var. Belə ki, Ermənistanın işğalçılıq siyasətinə, bu ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması bu gün müşahidə olunanlara rəvac verib. Cəzasızlıq mühiti Sarkisyan hakimiyyətini şirnikləndirib, o, faktiki olaraq özünü islaholunmaz birisi kimi aparır. Vaxtilə Ermənistan parlamentinin gülləbaran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sarkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58

