Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazır qəsəbəsində yeni məktəb binası istifadəyə verilib
16.09.2009 [13:27]
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ölkəmizdə bir sıra məktəb binalarının istifadəyə verildiyini söyləyib. O deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-2009-cu illərdə ölkəmizdə 300-ə yaxın məktəb tikilib.
Fondun təhsil sahəsində layihələrə böyük əhəmiyyət verdiyini deyən A.Ələkbərov, 2010-cu ildən etibarən bu məktəbdə oxuyan şagirdlər üçün xüsusi tədbirlər planının nəzərdə tutulduğunu söyləyib. Heydər Əliyev Fondunun icraçı direktoru məktəbin inşasında böyük əməyi olmuş sahibkar Hacı Məhərrəm Novruzova minnətdarlığını bildirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son üç ildə rayonda 13 məktəbin istifadəyə verildiyini, daha iki tədris korpusunun inşa edildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda artıq 5 məktəbin istifadəyə verildiyini söyləyən icra başçısı, bu xeyirxah missiyanı həyata keçirdiyi üçün Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Məlumat verilib ki, yeni məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olacaq. Məktəbin 31 sinif otağı təhsilin keyfiyyətli aparılması üçün hər cür ləvazimatla təmin edilib.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompyuter, fənn otaqları, ən müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika laboratoriyaları var. Məktəbin ərazisində böyük futbol meydançası tikilib.
Hazırda məktəbin uşaq bağçası və musiqi məktəbi inşa olunur. Yaxın gələcəkdə üzgüçülük hovuzu inşa ediləcək.
Açılışı bildirən lent kəsildikdən sonra Fondun icraçı direktoru Anar Ələkbərov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəb ilə tanış olub, yeni dərs ilinin başlanması münasibətilə kollektivi təbrik ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

