İsveç nümayəndə heyətinə Azərbaycandakı dini vəziyyətlə bağlı məlumat verilib
29.11.2017 [10:34]
Noyabrın 28-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqlara parlamentin fəaliyyəti, qanunvericilik bazasının təkmilləşdirilməsi, deputatlar üçün yaradılmış iş şəraiti barədə məlumat verib. Qeyd edilib ki, parlamentdə müxtəlif sahələri əhatə edən 15 komitə mövcuddur. Qarşılıqlı əlaqələrin inkişafında parlamentlər əhəmiyyətli rola malikdir.
Diqqətə çatdırılıb ki, müsəlman Şərqində ilk demokratik dövlət məhz Azərbaycan Xalq Cümhuriyyəti olub. 2018-ci ildə xalqımızın tarixində mühüm hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olunacaq. Bu gün Azərbaycan demokratik, dünyəvi, hüquqi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Konstitusiyamızda dini azadlıqlarla bağlı normalar təsbit olunub. Milli Məclisdə dini münasibətləri tənzimləyən hüquqi aktlar, o cümlədən “Dini etiqad azadlığı haqqında” Qanun qəbul olunub. Cəmiyyətdə müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb.
Bildirilib ki, Azərbaycan vətəndaşları arasında digər dinlərin nümayəndələri də var. Əsrlərdən bəri ölkəmizdə bütün dini icmalara dözümlü münasibət mövcuddur. Müxtəlif dini etiqadlara mənsub olan insanlar öz ibadətlərini, adət-ənənələrini azad şəkildə həyata keçirirlər. Bütün dinlərə qarşı hər zaman dözümlülük nümayiş etdirilib. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlətimiz və Heydər Əliyev Fondunun himayəsi altında bərabər hüquqda fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini etiqad azadlığının həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həm Azərbaycanda, həm də xaricdə, o cümlədən Vatikanda, Fransada, Bosniyada, Pakistanda, Gürcüstanda, Avropanın bir sıra ölkələrində ayrı-ayrı dini abidələr, mədəniyyət ocaqları bərpa olunub.
Diqqətə çatdırılıb ki, ölkəmizdə milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır. Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən 2016-cı ilin “Multikulturalizm İli” və bunun davamı olaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün millətlər və dinlər arasında bərabərliyin, həmrəyliyin, əməkdaşlığın dəstəklənməsi üçün yönəlmiş bir addımdır.
Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Bildirilib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini abidələr ermənilər tərəfindən dağıdılıb. Dünya ictimaiyyəti bunun qarşısının alınması üçün səylərini artırmalıdır.
İsveç nümayəndə heyətinin rəhbəri Ake Qoranson səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, bildirib ki, bu gün İsveçdə 70-ə yaxın dini icma fəaliyyət göstərir. Dini azadlığın təmin edilməsinin vacib olduğunu deyən qonaq qeyd edib ki, burda əsasən vətəndaşların mənafeyi nəzərə alınmalıdır. Dini icmalar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməlidir.
Söhbət zamanı çıxış edən Sensus Araşdırmalar Assosiasiyasının direktoru Ann-Katrin Persson, İbn Rüşd Araşdırmalar Assosiasiyasının direktoru Ömər Mustafa təmsil etdikləri qurumların fəaliyyəti, apardıqları tədqiqatlar barədə məlumat veriblər. Dinlər arasında əməkdaşlığın əhəmiyyətli olduğunu söyləyiblər.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, İsveçin Azərbaycandakı səfiri İngrid Tersman iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

