/ / Əli Əhmədov: Hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır
Əli Əhmədov: Hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır
28.11.2017 [10:24]
“Hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Azərbaycan diplomatiyasının, bütövlükdə bizim hökumətimizin və dövlətimizin uğuru sayılmalıdır. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formalaşmasına ciddi şəkildə təsir göstərir”. Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə münasibət bildirərkən deyib. Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu gün artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul etmək zorundadırlar ki, münaqişənin həlli, bütövlükdə Cənubi Qafqazda sülh və əmin-amanlığın ciddi şəkildə təmin olunması ədalətin bərpa olunmasından, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından asılıdır.
“Eyni zamanda, belə bir rəyin formalaşmasında Azərbaycan Ordusunun gücünün, döyüş qabiliyyətinin və bu qabiliyyətin əyani surətdə sübut edilməsinin də müsbət rolu var. Yəni dünya birliyi və bizim düşmənlərimiz aydın şəkildə bilirlər ki, dinc, diplomatik yollarla Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq mümkün olmasa, Azərbaycan öz gücü, hərbi qüdrəti sayəsində bu tarixi ədalətsizliyi aradan qaldırmaq qüdrətindədir. Mən hesab edirəm ki, Avropa İttifaqı bu həqiqəti nə qədər daha dərindən dərk edərsə, qəbul olunan sənəd də bunun bir sübutudur, münaqişənin həll olunması ilə bağlı düzgün, ədalətli qərarın qəbul olunması da bir o qədər tezləşər”, - deyə Baş nazirin müavini Əli Əhmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

