Bakıda Türkiyənin milli bayramı qeyd edilib
02.11.2017 [10:12]
Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 94-cü ildönümü münasibətilə noyabrın 1-də rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Səfir Erkan Özoral tədbirdə çıxış edərək Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat deyib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.
Oktyabrın 30-da açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan səfir qardaş dövlətlərimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonra Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Rəsmi qəbulda çıxış edən Baş nazirin müavini Abid Şərifov Azərbaycan hökuməti adından Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib. O bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib. Ortaq tarixə, keçmişə malik ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir və bundan sonra da inkişaf edəcək. Azərbaycan daim Türkiyənin dəstəyini və diqqətini hiss edib, bu gün də hiss edir. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Qarşılıqlı dəstək əlaqələrin daha da genişlənməsinə təkan verir. Ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Türkiyə hər zaman Azərbaycanı dəstəkləyir. Oktyabrın 31-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında bir sıra mühüm sənədlər imzalandı. Bu sənədlər əlaqələrimizin daha inkişafına təkan verəcək.
Baş nazirin müavini deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti sabitliyə və iqtisadi inkişafa töhfədir. Bu töhfənin əsasında Azərbaycanla Türkiyənin sarsılmaz dostluğu dayanır. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu qədim İpək Yolunun bərpasıdır. Bu dəmir yolu bir sıra ölkələrin dünya bazarlarına çıxışını asanlaşdıracaq və Avropa ilə Asiya arasında daşımaların həcmini artıracaq.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39

