/ / İspaniyanın “La Razon” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib
İspaniyanın “La Razon” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib
17.10.2017 [10:28]
İspaniyanın böyük oxuyucu kütləsinə malik qəzetlərindən biri olan “La Razon” qəzetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib.
Məqalədə ölkəmizin 1991-ci ildə müstəqillik əldə etməsinə baxmayaraq, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Onun rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində qısa müddətdə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazandığı, bu siyasətin hazırda Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunur.
Eyni zamanda, ölkəmizin son illərdə bir sıra dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi barədə məlumat verilir, iqtisadi, ictimai-siyasi və mədəni-humanitar sahələrdə əldə olunmuş nailiyyətlər qeyd edilərək, bu baxımdan Azərbaycan Prezidentinin bütün sahələrə göstərdiyi xüsusi diqqəti və dəstəyi önə çəkilir. Həmçinin “Qarabağ” futbol klubunun bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması təqdirəlayiq hal kimi qeyd olunaraq, “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu xüsusi vurğulanır.
Məqalədə Azərbaycanın regionun iqtisadiyyatında öz dinamikliyi ilə seçildiyi, “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması və bır sıra digər irimiqyaslı layihələrin həyata keçirilməsi ilə ölkəmizin dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevrildiyi qeyd olunur.
AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan transformasiya və dəyişiklik mühitində öz müstəqilliyini qeyd edir. Sürətlə inkişaf edən bir iqtisadiyyat
Oktyabrın 18-də Azərbaycan Respublikası öz müstəqillik gününü qeyd edir. Ölkə öz müstəqilliyini 1991-ci ildə bərpa etməsinə baxmayaraq, yeni inkişaf mərhələsi 1993-cü ildə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev Prezident seçildikdən sonra başlamışdır. 1991-ci ildən etibarən Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Ermənistanla atəşkəs haqqında saziş imzalanmışdır. “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsi və istismarı məqsədilə həmin il “Əsrin müqaviləsi” imzalanmışdır. Avropa ilə Asiya arasında “beynəlxalq körpü” rolunu oynayan ölkə 1998-ci ildə Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) ilə bağlı sazişi imzalayaraq Böyük İpək yolunun bərpasına öz töhfəsini vermişdir. Beynəlxalq layihələrin həyata keçirilməsi, siyasi sabitlik, iqtisadi islahatlar, eləcə də multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq dəyərlərinin təşviqi Ümummilli lider Heydər Əliyev siyasətinin nəticələridir.
Sonrakı müddətdə bu siyasət Ulu öndərin davamçısı hazırkı Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmişdir. Prezident Əliyevin rəhbərliyi ilə ölkə mədəni və idman tədbirlərinin keçirilməsi üçün beynəlxalq səhnəyə çevrilmişdir. 2017-ci ilin mayında YUNESKO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş və mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onilliyə (2013-2022) təkan verilmişdir.
Həmin ayda 2015-ci il birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri keçirilmiş Bakı Olimpiya Stadionu IV İslam Həmrəylik Oyunlarını qəbul etmişdir. Daha bir məqam Ağdam şəhərinin (Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir) “Qarabağ” futbol klubunun 2017-2018-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə keçməsi olmuşdur. Burada onu beynəlxalq səviyyədə tanınmış “Atletiko Madrid”, “Çelsi” və “Roma” kimi rəqiblər gözləyir. Klubun tərəqqisi dövlətin, xüsusilə idman daxil olmaqla bütün sahələrdə inkişafa böyük diqqət ayıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyinin və diqqətinin nəticəsidir. İqtisadi nailiyyətlər içərisində “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ilə Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsi və istismarı göstərilə bilər. Sentyabrın 14-də müqavilənin uzadılmasının qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft hasil edildiyini, eləcə də dəniz yataqlarının istismar olunduğunu qeyd etmişdir.
Qeyd etmək lazımdır ki, ölkənin 2020-ci ildə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Avropaya qaz ixrac etməsi nəzərdə tutulur: 2019-cu ildə TANAP (Trans-Anadolu qaz boru kəməri ) TAP qaz boru kəməri ilə birləşəcəkdir və beləcə Avropa üçün dördüncü strateji qaz mənbəyi yaranacaqdır. Şübhəsiz ki, qeyd edilən layihələr beynəlxalq və regional səviyyələrdə əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan yüksək texnologiyalar və dünya ənənələrini birləşdirməklə ildən-ilə sürətlə dəyişir. Layihələrin həyata keçirilməsi, enerji təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı, islahatların tətbiqi və sərmayələr üçün əlverişli şəraitin yaradılması yüksək nəticələr əldə edilməsinə imkan yaratmışdır. Region iqtisadiyyatı baxımından Azərbaycan iqtisadiyyatı dinamikliyi ilə seçilən və inkişaf etməkdə olan bir ölkəyə çevrilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

