/ / Vüqar Rəhimzadə: AŞPA-nın məlum qətnamələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir
Vüqar Rəhimzadə: AŞPA-nın məlum qətnamələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir
13.10.2017 [10:16]
“Bu gün Azərbaycan ictimaiyyətində Avropa Şurasına qarşı böyük etiraz var. Daxili və xarici siyasətində hər zaman Avropaya inteqrasiya yolunu tutan, Avropa Şurası ilə ikitərəfli əlaqələrə həssas yanaşan ölkəmiz, təəssüf ki, zaman-zaman qarşı tərəfdən haqsız və ədalətsiz münasibətlə üz-üzə qalır. Elə bugünlərdə AŞPA-da həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamənin qəbul edilməsi qurumun ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin bariz nümunəsidir”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadənin sözlərinə görə, bu gün ölkə daxilində, xüsusilə də xaricdə ölkəmizin sürətli inkişafını gözü götürməyən antiazərbaycan ünsürlər var: “Azərbaycan malik olduğu enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edərək Avropanın etibarlı enerji təchizatçısına çevrilməkdədir. Həyata keçirilən qlobal layihələr bu reallığı bir daha ortaya qoyur. Təəssüf ki, Avropada bəzi dairələr ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu həzm edə bilmirlər. Ona görə də bəzən bu cür qətnamələrin qəbul edilməsinin şahidi oluruq. Birmənalı şəkildə vurğulayıram ki, bu dairələrin arxasında erməni lobbisinin və erməpərəst qüvvələrin barmağı var. Bu isə AŞPA-nın qərəzli dairələrin əlində alətə çevrildiyini bir daha təsdiqləyir. Məhz antiazərbaycan, ermənipərəst qüvvələrin xüsusi “fəallığı” sayəsində zaman-zaman ölkəmizə qarşı çirkin kampaniya həyata keçirilir. Ancaq AŞPA-nın ölkəmizlə bağlı məlum qətnamələri yalnız qurumun fəaliyyətinə kölgə sala bilər”.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Avropa Şurasında İslam ölkələrinə qarşı böyük bir qərəz hiss olunur: “Bu gün Avropada hökm sürən islamofobiya, ksenofobiya dünya üçün böyük təhlükədir. Bu halda hansı insan hüquq və azadlıqlarından danışmaq olar? İnsanlar arasında dini, irqi ayrı-seçkilik qoymaq hansı Avropa dəyərlərinə uyğundur? Təbii ki, AŞPA qarşısında bu kimi bir çox məsələni qaldırmaq olar. Hər halda hesab edirəm ki, AŞPA-nın məlum qətnamələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç kimin ölkəmizin daxili işlərinə qarışmağa haqqı yoxdur: “Qeyd etdiyim bu və digər məqamlar beynəlxalq hüququn təməl prinsiplərində öz əksini tapıb. Təəssüf ki, bu gün biz dünyada arıtq “beynəlxalq hüquq” anlayışının arxa plana keçdiyini görürük. Bu gün “beynəlxalq hüquq” müstəqil və balanslaşdırılmış siyasət yürüdən dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilib. Bu isə qəbuledilməzdir. İstər AŞPA, istəsə də başqa bir beynəlxalq qurum Azərbaycanla zor dilində danışa bilməz. Bizim öz siyasətimiz, öz yolumuz var. Təbii ki, bu siyasət demokratik prinsiplərə, bəşəri dəyərlərə, dövlətçilik və milli maraqlara əsaslanır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09

