Hikmət Babaoğlu: Azərbaycan ilə əməkdaşlıq Avropa dövlətləri üçün cəlbedicidir
07.10.2017 [10:02]
Azərbaycan ilə əməkdaşlıq keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilən önümüzdəki yaxın və orta müddətli perspektivdə Avropa dövlətləri üçün cəlbedicidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bir sıra strateji əhəmiyyətli məsələlərə toxundu. Bunlar Avropa İttifaqı ilə əlaqələrdə hazırkı vəziyyətin təsbit edilməsi, Azərbaycan ilə İttifaq arasında gələcək əməkdaşlığın perspektivləri və bu əməkdaşlıqdan Avropa İttifaqının və Azərbaycanın gözləntiləri ilə əlaqədar məsələlər idi. Prezident İlham Əliyev Avropa İttifaqı ilə imzalanacaq sazişi ikitərəfli münasibətlərdə yeni səhifə açacaq bir hadisə kimi qiymətləndirdi. Doğurdan da, hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində sabit və rasional siyasi qərarlar qəbul edəcək tərəfdaş tapmaqla uzunmüddətli və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq qurmaq bir qədər çətindir. Çünki bugünkü beynəlxalq münasibətlər sistemi xaos və anarxiya mühiti içərisində mövcud olması ilə səciyyəvidir. Milli dövlətlər isə bu münasibətlərin eqoist aktorları kimi dəyərləndirilir. Ona görə də belə mühitdə etibarlı sadiq tərəfdaş tapmaq beynəlxalq münasibətlərin bütün iştirakçıları üçün olduqca çətindir. Azərbaycan isə Qərblə uzunmüddətli əməkdaşlığı prosesində artıq sübut edib ki, istər enerji məsələsində, istərsə də kommunikasiya, insan hüquqları və azadlıqları, demokratiya kimi məsələlərdə Avropa institutları ilə effektiv əməkdaşlıq qura bilir. Ona görə də keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilən önümüzdəki yaxın və orta müddətli perspektivdə Azərbaycan ilə əməkdaşlıq Avropa dövlətləri üçün cəlbedicidir.
Milli Məclisin deputatı qeyd edib ki, bu əməkdaşlığı cəlbedici edən əsas məsələlərdən biri də Azərbaycanın Avropa üçün yeganə yeni alternativ enerji mənbəyi olmasıdır. Ölkəmiz ötən illər ərzində bir sıra olduqca mühüm regional və qlobal xarakterli layihələrin təşəbbüskarı və icraçısı olmaqla regionda yeni əməkdaşlıq platforması yarada bilib. Azərbaycanın adı ilə bağlı olan belə platformalar təkcə iqtisadi sektorla məhdudlaşmır, siyasi-diplomatik və sosial - mədəni sahələri də əhatə edir. Bu isə geostrateji baxımdan yeni reallıqlar yaratmaqla Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə strateji nəqliyyat və kommunikasiya dəhlizi formalaşdırıb. Prezident İlham Əliyev bu məsələlərə toxunarkən qeyd etdi ki, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması vardır. 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq. Bu yeni kommunikasiya vasitələri isə, əlbəttə, region ölkələrinin hamısı üçün yeni iqtisadi perspektivlər açacaq. Dövlətimizin başçısı Avropa İttifaqı ilə münasibətlərin perspektivlərindən danışarkən bildirdi ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu prioritet hesab edir. Ancaq bununla belə qarşılıqlı əməkdaşlıq prosesində ölkəmiz üçün həyati vacib olan problemlərin, ilk növbədə isə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının təsirli addımlar atmasının gərəkli olduğunu vurğuladı. Prezident qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə təhlükədir. ATƏT-in Minsk qrupu beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərməlidir. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, bundan sonra da Azərbaycan torpaqlarını işğal altında saxlaya bilər. Postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilməlidir. Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Bununla Prezident İlham Əliyev ikili standartların beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə nə qədər ziyan vurduğuna işarə edərək Avropanın nüfuzlu institutlarının beynəlxalq hüquqa söykənən, qətiyyətli mövqe nümayiş etdirmələrinin vacib olduğunu dilə gətirdi. Ermənistanın daim beynəlxalq hüquqla manipulyasiya etdiyini bildirən Prezident xalqların öz müqəddəratını təyinetmə hüququ ilə dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsində heç bir ziddiyyətin olmadığını deyərək Helsinki Yekun Aktında xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunun qeyd edildiyini, danışıqları imitasiya edən işğalçı ölkəyə təzyiq edilməsinin vacib olduğunu bildirdi.
“Bütövlükdə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüş bu vacib təşkilatla ölkəmiz arasında əməkdaşlığın və tərəfdaşlığın uzunmüddətli perspektivlərinin müzakirə edilməsi, Ermənistana qarşı bu nüfuzlu təşkilatın təzyiqlərinin artırılması və problemin həllinə dəstək olması zərurətinin xatırladılması ilə səciyyəvi oldu”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15

