/ / Amerikalı sahibkar “ADA” Universitetinin tələbələrinə biznesdə uğur qazanmağa dair tövsiyələr verib
Amerikalı sahibkar “ADA” Universitetinin tələbələrinə biznesdə uğur qazanmağa dair tövsiyələr verib
14.09.2017 [08:03]
Tanınmış amerikalı iş adamı Şervin Pişəvar “ADA” Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Bu gün “Uber”, “Airbnb” kimi nəhəng qlobal şirkətlərə çevrilən “startup” təşəbbüslərə əvvəldən inanıb sərmayə qoyan sahibkar Şervin Pişəvar “ADA” Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edərək uğurlu biznes ideyalarının tapılmasında tövsiyələrini bölüşüb. Onun sözlərinə görə, başlanğıc mərhələsində olan müxtəlif layihələrə sərmayə qoyarkən bu layihələrin 99 faizinin pul itirəcəyinə hazır olmaq lazımdır. Lakin yerdə qalan 1 faiz ümidləri doğruldaraq inkişaf edir və bütün yatırımları artıqlaması ilə qaytarır.
“Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etməsi, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”, - deyə amerikalı iş adamı bildirib.
Şervin Pişəvar tələbələrə gələcəkdə “startup” biznesləri yaradarkən iki amili - özlərinə inamı heç zaman itirməməyi və başladıqları biznesin elmi tərəfini mükəmməl öyrənməyi nəzərə almağı tövsiyə edib. O deyib: “Əgər ideyanız insanların həyat tərzi və davranışını dəyişmək potensialına malikdirsə, bilin ki, o gəlir gətirəcək”.
Şervin Pişəvar həmtəsisçisi olduğu Hyperloop One şirkətinin fəaliyyətini misal çəkərək deyib: “Nəqliyyat və daşınma sahəsində inqilaba səbəb olacaq bu layihə uzun məsafələri ultra sürətlə qət edən yerüstü nəqliyyat vasitəsi təklif edəcək. Saatlarla məsafəni bir neçə dəqiqəyə qət edəcək bu texnologiya insanların həyat tərzini və hətta bütün sənayeləri dəyişdirə bilər. Bu kimi layihələrin uğur qazanması şübhəsizdir”.
Məşhur iş adamı gənc azərbaycanlı alimləri sırf gəlir gətirə biləcək ideyalar deyil, insanların həyatını asanlaşdıracaq, bəşəriyyətin qarşılaşdığı çətinliklərə həll yolları tapacaq layihələr üzərində işləməyə çağırıb.
Mühazirənin sonunda amerikalı sahibkar “ADA” Universiteti tələbələrinin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

