Bahar Muradova: Ermənistan ordusu dinc azərbaycanlı əhalini mütəmadi olaraq atəşə tutur
06.07.2017 [10:15]
İyulun 5-də Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən sessiyada Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edərək Ermənistan ordusunun növbəti təxribatından və Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsindən danışıb. Azərbaycan parlament sədrinin müavini deyib:
- Həm beynəlxalq katibliyin, həm də bütövlükdə Parlament Assambleyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı səylərinə, ATƏT-in digər qurumları ilə daha səmərəli əməkdaşlıq qurmaq cəhdlərinə görə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz cənab Viqeninə və baş katib Roberto Montellaya dərin minnətdarlığımı bildirirəm. Həmçinin sessiyamıza ATƏT-in Minsk qrupunun həmsədrlərini dəvət etmək cəhdlərini vurğulamaq istəyirəm.
Xatırladım ki, 2011-ci ildə Xorvatiyada sessiyada həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fəaliyyətləri barədə onların hesabatlarını dinlədik. Müzakirələr aparıldı, deputatların onların işinə münasibət bildirmək, sual vermək imkanı oldu. Biz ümid edirik ki, bu təcrübədən gələcəkdə də istifadə olunacaq. Çünki deputatların məlumatlandırılması bu baxımdan faydalı ola bilər ki, biz də öz tərəfimizdən müəyyən töhfə verə, həmsədrlərin üzləşdikləri bu və ya digər məsələnin həllinə kömək edə bilərik. Mən ürəkdən inanıram ki, bütün təsisatlar arasında belə əməkdaşlıq və qarşılıqlı fəaliyyət bizim ümumi işimizə sanballı töhfə verə bilər.
Biz dinc vətəndaşların, oğullarımızın, qadınlarımızın və uşaqlarımızın həyatına son qoyan reallığı hər gün hiss edirik. Ölkəmin parlamentində təmsil etdiyim Füzuli rayonunun dinc kəndi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən yenə də minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Bu atəş nəticəsində bir ailənin iki üzvü - qadın və onun iki yaşlı nəvəsi öz həyətlərində həlak olublar, yaralılar var. Təmas xətti boyunca sıx yaşayan dinc vətəndaşlara, o cümlədən qadınlara, qocalara və uşaqlara Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar təəssüf ki, sistemli xarakter daşıyır.
Konkret olaraq iyulun 4-də tökülən qana görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Əlavə informasiya, o cümlədən şəkillər, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin rəsmi bəyanatları ilə müvafiq saytlarda tanış ola bilərsiniz. Yəqin ki, katibliyimiz də bu materialları sizə paylayacaq. Bu gün, ATƏT regionunda sülh və tərəqqi naminə qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə etdiyimiz bir vaxtda mənim ölkəmdə, mənim torpağımda mənim həmvətənlərimin - qadınların və uşaqların qanının axıdıldığını görmək dəhşətlidir. Həlak olanları şəxsən tanımağım bu ağrını daha da şiddətləndirir.
Xatırladım ki, mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadırlar.
O kəndlərdə ancaq dinc əhali yaşayır. Düşmən tərəfində isə Ermənistandan olan çağırışçılardan təşkil edilmiş silahlı qüvvələr yerləşir.
Odur ki, biz deputatlar qan tökülməsinə son qoymaq və regionda həqiqətən sülhə və tərəqqiyə nail olmaq üçün sülh dialoquna yollar tapmalı və bu işə öz töhfəmizi verməliyik. Mən sizi bu cinayəti təkidlə pisləməyə çağırıram. Bu məsələdə Parlament Assambleyası xüsusi rol oynamalıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09

