Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞ PA-nın Türkiyə ilə bağlı qərarı təşkilatda böhranın dərinləşməsinə çalışan qüvvələrin marağına xidmət edir

AŞ PA-nın Türkiyə ilə bağlı qərarı təşkilatda böhranın dərinləşməsinə çalışan qüvvələrin marağına xidmət edir

26.04.2017 [09:16]

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qurumun yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafındakı müzakirələrdə çıxış edib. O deyib ki, Türkiyə hazırda çətin bir prosesdən keçir və həmin prosesdə biz bu ölkəyə dəstək olmalıyıq.
Səməd Seyidov qeyd edib ki, Türkiyəyə münasibətdə müsbət yanaşma, onun mövqeyinin dəstəklənməsi daha lazımlıdır, nəinki onun təcrid edilməsi və ya yenidən monitorinq prosesinə qaytarılması. Bu ölkəni yenidən monitorinq prosesinə qaytarmaq onun əməkdaşlığa bağlı hazır olmasına qarşı adekvat cavab deyil, əksinə, cəza tədbiridir. Bu, daha böyük problemlərə gətirib çıxara bilər. Belə addımın qəbul edilməsi Türkiyəni Avropa proseslərindən təcrid edəcək və vəziyyəti daha da çətinləşdirəcək. Bu isə nə AŞ PA, nə də Türkiyə üçün müsbət nəticələr verəcək. Türkiyə öz mövqeyini bəyan etməklə demək istəyir ki, o, əməkdaşlığa hazırdır.
“Belə bir qərar qəbul etməklə biz, nə AŞ PA-ya, nə də Türkiyəyə yaxşılıq etmirik, əksinə, bu təşkilat içərisində böhranın daha da dərinləşməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökürük”, - deyə S.Seyidov bildirib.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30