Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın Pyatiqorsk şəhərində beynəlxalq konfrans təşkil edib
20.04.2017 [09:19]
Aprelin 19-da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Rusiyanın Pyatiqorsk şəhərinə səfər edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin (ŞQMKM) seçki-hesabat iclasında iştirak edib. İclasda ŞQMKM-nin növbəti sədr seçkiləri ilə bağlı çıxış edən şeyxülislam Allahşükür Paşazadə bu vəzifəyə yenidən Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin namizədliyini irəli sürüb. İ.Berdiyev yekdilliklə növbəti 5 il müddətinə həmin vəzifəyə seçilib.
Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz regionu üzrə səlahiyyətli nümayəndəsinin müavini Andrey Qalaktionov və Rusiya Prezidenti Administrasiyasının nümayəndəsi Almaz Fayzullin şeyxülislam Allahşükür Paşazadənin ŞQMKM-nin iclasında iştirak etməsinin xüsusi əhəmiyyətini qeyd edib. Onlar QMİ sədrinin ənənəvi dinlər arasında həmrəyliyin dəstəkçisi, Azərbaycan ilə Rusiya, xüsusilə də Qafqaz müsəlmanları ilə Rus Pravoslav Kilsəsi arasındakı əlaqələrin möhkəmlənməsinə önəmli töhfələr vermiş bir şəxsiyyət kimi səciyyələndiriblər.
İsmayıl Berdiyev Allahşükür Paşazadənin Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri vəzifəsindəki fəaliyyətini yüksək qiymətləndirib, bütün Qafqazın ağsaqqalı olaraq ŞQMKM-nin hesabat iclasına təşrif buyurduğu üçün ona təşəkkürünü bildirib.
* * *
Həmin gün Pyatiqorskda Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində QMİ-nin təşkilatçılığı ilə konfrans keçirilib. Konfransda çıxış edən QMİ sədri Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını iştirakçılara çatdırıb, müasir dövrdə dünya müsəlmanlarının terrorizm, ekstremizm, separatizm, islamofobiya və ksenofobiya kimi təzahürlərə qarşı əlbir olmalarının vacibliyini vurğulayıb. QMİ sədri Azərbaycan və Rusiya liderlərinin ənənəvi dinlərə verdikləri böyük dəstəyi yüksək qiymətləndirərək, Prezident Vladimir Putinin müsəlmanlara və İslam dininə ehtiramlı münasibətini xüsusilə qeyd edib, Prezident İlham Əliyevin multikulturalizm, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqla bağlı qlobal əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü diqqətə çatdırıb.
Konfransda Şimali Qafqaz müftiləri adından çıxış edən Krasnodar diyarının müftisi Askarbiy Kardanov şeyxülislam Allahşükür Paşazadəyə və Qafqaz Müsəlmanları İdarəsinə konfransı təşkil etdiklərinə görə təşəkkür edib, QMİ sədrini mayın 19-da Soçi şəhərində yeni İslam Mədəniyyət Mərkəzinin açılış mərasimində iştiraka dəvət edib və cümə namazında xütbə verməsini xahiş edib.
Daha sonra Şimali Osetiya-Alaniya müftisi Həzrətəli Qatsalov çıxış edib. O, XX əsrin əvvəllərində azərbaycanlı mesenat Murtuza Muxtarov tərəfindən inşa edilmiş və hazırda əsaslı təmirə ehtiyacı olan Vladikavkaz məscidinin bərpa işlərinə verdiyi birbaşa maddi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə Şimali Osetiya-Alaniya müsəlmanları adından dərin təşəkkürünü bildirib. Müfti Qatsalov həmin məscidin bərpa işləri tamamlandıqdan sonrakı fotosunu Azərbaycan nümayəndə heyətinin başçısına hədiyyə olaraq təqdim edib.
* * *
Pyatiqorskda keçirilən tədbirlər çərçivəsində QMİ sədri Allahşükür Paşazadə Andrey Qalaktionov və Almaz Fayzullin ilə görüş keçirib. Görüşdə tərəflər arasında Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində Rusiya Federasiyasında tədbirlərin keçirilməsinin mümkünlüyü və formatı ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

