Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar var

07.04.2017 [10:04]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Estoniya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub və Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib. Həmçinin ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin inkişafı baxımından Komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmi vurğulanıb.
İki ölkənin nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və tibb sahələrində əməkdaşlığı üçün əlverişli imkanların mövcud olduğu bildirilib. Azərbaycan ilə Estoniya arasında ticarət dövriyyəsinin genişləndirilməsinin, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd olunub.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30