/ / “LOpinione”: Mehriban Əliyevanın yeni təyinatı Azərbaycanın İtaliya ilə münasibətlərinin güclənməsinə təkan verəcək
“LOpinione”: Mehriban Əliyevanın yeni təyinatı Azərbaycanın İtaliya ilə münasibətlərinin güclənməsinə təkan verəcək
15.03.2017 [10:10]
İtaliyanın “LOpinione” qəzetində “Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının sədri Domeniko Letizianın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqaləsi dərc olunub.
Məqalədə qeyd edilir ki, Azərbaycan xalqının sevimlisi olan Mehriban Əliyeva bu təyinata qədər də ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. O, yüksək intellektini hər zaman öz xalqının, xüsusilə də qadınların rifahına həsr edib. İxtisasca həkim olan Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Həmçinin ölkə idmanının inkişafına da mühüm töhfələr verir və 2002-ci ildən Gimnastika Federasiyasının rəhbəridir. Azərbaycanın paytaxtında böyük uğurla keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olub. Bu ilin iyununda Bakıda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının təşkili də ona həvalə edilib. Olimpiya dəyərlərinin təşviqi sahəsindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatına layiq görülüb.
Mehriban Əliyeva 2004-cü ildə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirməklə ölkədə yeni cəmiyyətin qurulmasında fəal rol oynayır, ölkənin sosial və iqtisadi tərəqqisinə töhfələr verir.
Yazıda bildirilir ki, Fond Müqəddəs Taxt-Tac və İtaliyada mədəni irsin bərpası və mühafizəsi sahəsində gördüyü işlərə görə ölkə xaricində də rəğbət qazanıb. Fondun Müqəddəs Taxt-Tac ilə əməkdaşlığı 2012-ci il iyunun 22-də Roma dövrünə aid Müqəddəs Marçellinio və Pietro katakombalarındakı çoxsaylı kubik rəsmlərin bərpasına qrantın ayrılmasına dair müqavilənin imzalanması ilə başlayıb. Mehriban Əliyeva 2015-ci ildə Papa Fransis tərəfindən qəbul edilib və bu da Müqəddəs Taxt-Tacın Heydər Əliyev Fondu tərəfindən görülmüş işlərə, həmçinin Azərbaycanın multikulturalizm modelinə, mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı rola verilən yüksək qiymətdir.
Müəllif qeyd edir ki, Fondun xidmətləri sayəsində müsəlman, lakin dünyəvi bir ölkənin xristian abidələrinin bərpa və mühafizə etməsinin şahidi olduq. Heydər Əliyev Fondu “Buon Pastore”, “Orfeo”, “Noe”, “Casta Susanna”, Müqəddəs Marçellinio və Pietro katakombalarındakı freskaların bərpası layihələrinə maliyyə töhfəsi verib və hazırda yeni layihələrin həyata keçirilməsi üzrə işlər davam edir.
Bundan əlavə, Fond tərəfindən bir sıra italyan şəhərlərində mədəni tədbirlər keçirilib. Mehriban Əliyevanın da iştirak etdiyi bu tədbirlər İtaliyanın dostu olan Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğində mühüm rol oynayır, həmçinin hər iki xalqı mədəniyyət, incəsənət və musiqi vasitəsilə yaxınlaşdırır. “Azərbaycanın coğrafi qonşularının vəziyyəti və onların xarici siyasəti barədə düşünərkən, bu ölkənin multikulturalizm modelinə heyran olur və onun beynəlxalq aləmdə tutduğu mühüm rolu anlayırsan”, - deyə Domeniko Letizia vurğulayır.
Məqalədə qeyd olunur ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi, həmçinin ölkədə qadına verilən dəyərin təzahürüdür. Buna sadəcə olaraq maraq və heyranlıqla yanaşıla bilər. Bu, yalnız Azərbaycanın deyil, eləcə də başqa ölkələrin qadınları üçün zəhmətkeşlik, etibarlılıq və peşəkarlıq modeli olacaq.
Müəllif sonda yazır: “Əminik ki, bu təyinat Azərbaycanın daha da inkişafı və tərəqqisinə, həmçinin bu Qafqaz ölkəsinin İtaliya və Müqəddəs Taxt-Tacla yüksək səviyyədə olan münasibətlərinin güclənməsinə təkan verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

