/ / Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Sərəncam ölkədə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı Sərəncam ölkədə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
16.02.2017 [10:07]
Azərbaycanda məhkəmə-hüquq islahatları sahəsində reallaşdırılan tədbirlər penitensiar xidmətin və cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını zərurətə çevirib
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Sərəncamda hüquq sisteminin mühüm tərkib hissəsi olan penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə yönələn mühüm tədbirlərin geniş spektri öz əksini tapıb. Sənədə əsasən demək mümkündür ki, ölkəmizdə cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilib. Bütövlükdə Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.
Qeyd etmək yerinə düşər ki, indiki dövrdə respublikanın hüquq sistemində islahatların növbəti mərhələsinə başlanılması heç də təsadüfi deyil. Məlumdur ki, son 13 ildə Azərbaycanda baş verən müsbət dəyişikliklər ölkəmizin nümunəvi inkişaf modelini formalaşdırıb və yeni reallıqlar meydana çıxardıb. Məhz dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevirib.
Nəzərdə tutulan islahatların əsas qayəsini cəza siyasətinin humanistləşdirilməsi təşkil edir
Bəhs olunan Sərəncamda ölkəmizdə cəza siyasətinin daha da humanistləşdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi belə tədbirlər sırasında yer alır. Bundan sonra cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılacaq. Sərəncamda cinayət maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması nəzərdə tutulub. Azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması da ölkəmizdə cəzavermə siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər sırasındadır. Şübhə yoxdur ki, bəhs olunan tədbirlər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üçün optimal baza formalaşdıracaq.
İnstitusional islahatların önəmi də kifayət qədər böyükdür
Bəhs olunan Sərəncama əsasən, cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən onların islah olunmalarını təmin etmək üçün müvafiq şəraitin yaradılması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Sərəncamla nəzərdə tutulan institusional islahatlar da məhz bu məqsədi özündə ehtiva edir. Sərəncama əsasən, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək. Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Cəzanın icrasında korrupsiyaya şərait yaradan neqativ hallara qarşı mübarizə daha da gücləndiriləcək
Prezident İlham Əliyevin imzaladığı bəhs olunan Sərəncama əsasən hüquq sistemində korrupsiya və bu kimi neqativ hallara qarşı tədbirlərin miqyası daha da genişləndiriləcək. Sənədə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunauyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək. İctimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılacaq, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin ediləcək. Sərəncamda azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələrinin bərpa edilməsi, həmçinin yeni sahələr yaradılması, penitensiar xidmətin kadr korpusunun təkmilləşdirilməsi, bu sahəyə peşəkar kadrların cəlb olunması, penitensiar müəssisələrin etibarlı mühafizəsinin təşkil edilməsi nəzərdə tutulub. Aparılan islahatlar çərçivəsində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin ediləcək, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək, cinayət təqibi və cəzaların icrası zamanı qanunazidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41

