Ermənistanın qeyri-konstruktiv mövqeyinin bir səbəbi də Sarkisyanın şəxsi ambisiyalarıdır
07.02.2017 [10:01]
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Sarkisyan rejimini ifşa edən reallığı dilə gətirib
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Torpaqlarımızın azad edilməsi uğrunda prinsipial mövqe sərgiləyən ölkəmiz diplomatik cəbhədə də mühüm nailiyyətlər əldə edib və dünya ictimaiyyəti - ayrı-ayrı milli dövlətlər və beynəlxalq təşkilatlar münaqişənin həllinin zəruriliyini bəyan edirlər.
Bununla yanaşı, Azərbaycan Ermənistanın münaqişənin həllinə maneə yaratmağa hesablanmış təxribatçı hərəkətlərinin qarşısını alır. Bu baxımdan aprel döyüşlərinin nəticəsi həm də bir çox məqamlara yenidən aydınlıq gətirdi. Bir daha bəlli oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir, həmçinin işğalçılıq siyasəti Ermənistanı uçuruma aparır.
Yeri gəlmişkən, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils Ermənistandakı Amerika Ticarət Palatasındakı çıxışı zamanı bu məqamlara toxunub. O qeyd edib ki, apreldəki 4 günlük müharibə zamanı və ondan sonrakı dövrdə gedən ictimai müzakirələr korrupsiyanın milli təhlükəsizliyə aşındırıcı təsir göstərə biləcəyini üzə çıxardı və məsələni ictimaiyyətin diqqət mərkəzinə gətirdi. Səfirin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması korrupsiyanı gücləndirir, çünki o (münaqişə - red), Ermənistan sərhədlərini bağlı saxlayır. Onun sözlərinə görə, sərhədlər bağlı olanda güclü biznes adamları və digərləri üçün iqtisadi bazarları nəzarət altında və rəqabətdən kənar saxlamaq asan olur.
Göründüyü kimi, ABŞ-ın Ermənistandakı səfiri bu açıqlama ilə Sarkisyan rejimini ifşa edib. İşğalçılıq siyasəti Ermənistanı uçuruma aparsa da, Sarkisyan rejimi bununla sərhədlərin bağlı qalmasına nail olmaqla korrupsiyanın daha da çiçəklənməsinə və öz şəxsi ambisiyalarının təmin olunmasına çalışır.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirinin fikirləri reallığı ifadə edir: “Ermənistanda hakimiyyətdə olan hərbi xunta Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil, çünki bununla Sarkisyan rejimi öz mövcudluğunu və korrupsioner sistemini qoruyub saxlayır. Əlbəttə, bu amil sadə Ermənistan vətəndaşları üçün böyük fəlakət mənbəyidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu səbəbindən işğalçı Ermənistan regionda bütün layihələrdən təcrid olunub - blokada vəziyyətindədir, faktiki olaraq uçuruma sürüklənir. Sarkisyan rejimi isə Ermənistanın yox, öz gələcəyini düşünür. Sarkisyan üçün Ermənistan vətəndaşlarının durumundan çox öz şəxsi ambisiyaları daha önəmlidir, ona görə də o, sərhədlərin bağlı qalmasına və ölkəsinin tənəzzülə uğramasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”.
Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir: “Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olmaq üçün gah təxribatçı hərəkətlərə əl atır, gah da danışıqlardan yayınmağa çalışır. Sarkisyan rejimi bu amildən öz şəxsi maraqlarını - korrupsiyaya söykənən biznesini qorumaq üçün istifadə etsə də, bu hal Ermənistan üçün ciddi tənəzzülü şərtləndirir. Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. Ermənistanda keçirilən mitinqlər zamanı vətəndaşları bu məqamları səsləndirir, Sarkisyanı istefaya dəvət edirlər. Amma görünən odur ki, Sarkisyan öz rejimini qorumaq üçün ölkəsini qurban verməyə razıdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

