/ / Dövlət Komitəsinin sədri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
Dövlət Komitəsinin sədri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
02.02.2017 [10:22]
Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Kroftsu qəbul edib.
Qonağı səmimi salamlayan Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və dövlət-din münasibətləri Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla tənzimlənir.
Azərbaycan əhalisinin 96 faizinin müsəlman, 4 faizinin qeyri-müsəlman olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, sovetlər dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün ölkədə 2100-dən çox məscid var. Məscidlərin və digər dini ibadət yerlərinin tikintisi və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir. Bu proses Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlayıb və bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib.
Komitə sədri bildirib ki, şəriət və dinlə bağlı digər məsələləri mərkəzləşmiş qaydada Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Dövlət heç bir halda din işlərinə müdaxilə etmir, amma bununla belə, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir. Eyni zamanda, ölkəmizdə radikalizmə qarşı iqtisadi, inzibati və ideoloji müstəvidə mübarizə aparılır və bu sahədə çox mühüm irəliləyiş əldə olunub.
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, dini ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlət başçısının birbaşa göstərişi ilə inşa olunmuş Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir nümunə, bir çağırışdır.
Səfir Kerol Meri Krofts ölkəsi ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mühitinin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çalışacağını deyib. Azərbaycanda olduğu müddətdə müxtəlif bölgələrimizə səfər etdiyini bildirən qonaq ölkəmizdəki multikultural və tolerant mühitin şahidi olduğunu qeyd edib. O bildirib ki, bu mühit digər ölkələr üçün örnək olmalıdır.
Səmimi şəraitdə keçirilən görüşün sonunda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səfir Kerol Meri Kroftsa diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

