Yüksək dövlət təltiflərinə layiq görülən televiziya və radio işçiləri mükafatlandırılıblar
31.12.2016 [11:25]
Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinin təltif edilməsi haqqında 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə təltif olunmuş şəxslərin dekabrın 30-da mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, həmin tədbirdə Azərbaycan teleradiosunun fəaliyyət tarixinə nəzər salındı, keçilmiş yola qiymət verildi, müstəqil Azərbaycan dövlətinin müasir həyatında televiziyanın və radionun əhəmiyyəti dəyərləndirilərək qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirildi.
Ölkəmizdə radionun 1926-cı, televiziyanın isə 1956-cı ildə fəaliyyətə başladığını xatırladan Əli Həsənov bildirib ki, bununla da Azərbaycan əhalisi respublikada, eləcə də SSRİ məkanında yaşanan hadisələri birbaşa izləmək imkanı əldə etdi. Bu, Azərbaycanın SSRİ məkanında ən qabaqcıl respublikalardan biri olduğunu göstərir.
Azərbaycan xalqının teleradio, həmçinin jurnalistika sahəsində zəngin ənənələrinin olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin təməlini qoyduğu milli mətbuatımız o dövrdə müsəlman Şərqində ilk milli mətbuat nümunəsi idi. Xüsusi vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev teleradionun, medianın fəaliyyətinə həmişə böyük önəm veriblər. Təsadüfi deyil ki, bu sahədə çalışan minlərlə insan daim dövlətin diqqət və qayğısından bəhrələnib, müxtəlif dövlət təltifləri ilə mükafatlandırılıb.
Müstəqillik illərində Azərbaycanda teleradio sahəsində böyük inkişafın müşahidə olunduğunu deyən Əli Həsənov bildirib ki, hazırda Azərbaycanda media, o cümlədən televiziya və radio sahəsində çalışan insanlar, qurumlar bölgədə bu baxımdan ən qabaqcıl nümunələr yaradıblar. Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya, radio və kütləvi informasiya vasitələri dünyanın ən qabaqcıl televiziya, radio və mətbuat qurumları ilə rəqabət aparmaq gücündədir. Azərbaycan mətbuatı, o cümlədən teleradiosu dövlətimizin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində inkişaf edərək xalqımızın informasiya, mədəni və digər mənəvi ehtiyaclarını ödəyir.
“Sizin efirləriniz vasitəsilə dünya Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, mövcud reallıqları ilə tanış olur. Sizin dalğalarınız vasitəsilə dünya Azərbaycanı dinləyir, ölkəmizdə baş verən hadisələri izləyir. Kütləvi informasiya vasitələrinin səhifələrindən dünya Azərbaycan ilə, xalqımız isə dünya ilə tanış olur. Siz bir tərəfdən Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, milli-mənəvi dəyərlərinin salnaməsini yaradaraq tarixə həkk edir, digər tərəfdən isə yeni-yeni nümunələr yaradaraq gələcək nəsillərə ötürürsünüz. Kütləvi informasiya vasitələri, televiziya, radio dünyada xalqların, mədəniyyətlərin və nəsillərin arasında körpü yaradır, keçmişin ən yaxşı nümunələrini yaşadaraq gələcək nəsillər çatdırır. Bununla yanaşı, yeni texnologiyalar tətbiq etməklə gələcək nəsilləri bundan sonrakı inkişaf üçün yeni-yeni addımlar atmağa stimullaşdırır”, - deyə Əli Həsənov qeyd edib.
Sonra mükafatlar təqdim olunub.
Təltif edilənlər onların əməyinə verilən yüksək qiymətə, eləcə də ölkəmizdə milli mətbuatın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mükafat alan teleradio işçilərini və tədbir iştirakçılarını bir daha təbrik edən Əli Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.
Mərasim konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfər “Xalq artisti”, altı nəfər “Əməkdar artist”, 13 nəfər “Əməkdar jurnalist”, 13 nəfər “Əməkdar mədəniyyət işçisi”, 5 nəfər isə “Əməkdar mühəndis” fəxri adları ilə təltif ediliblər. Eləcə də iki nəfər “Şöhrət”, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, 48 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa, üç nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, altı nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

