Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb
10.06.2009 [10:38]
Dünən Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Dövlət himni səsləndirildikdən sonra millət vəkilləri iclasın gündəliyində duran məsələləri müzakirə ediblər. öncə “Könüllülük fəaliyyəti haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Millət vəkili Azay Quliyev layihə haqqında məlumat verəndən sonra sənəd qəbul edilib.
Milli Məclis “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsini də müzakirə edib. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında məlumat verərək bildirib ki, bu sənəd bank sektoru üçün mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində bank olmayan kredit təşkilatlarının fəaliyyəti geniş yayılıb. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb. Parlament bir müddət öncə “Poçt haqqında” Qanuna dəyişikliklər edərək poçt şöbələrinə bank xidmətləri göstərmək hüququ verib. Bununla bağlı Dünya Bankının dəstəyi ilə xüsusi layihə də həyata keçirilir. Amma qanunvericilikdə bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı müəyyən boşluqlar mövcuddur. Bu qanun layihəsi məhz həmin boşluqların aradan qaldırılmasına xidmət edir.
Komitə sədri bildirib ki, qanun layihəsi 26 maddədən ibarətdir. Onun sözlərinə görə, poçt şöbələrinə bank xidmətləri göstərmək hüququnun verilməsi vətəndaşların mənafeyinə xidmət edən bir addımdır. Belə ki, ölkənin regionlarında 66 bank filialı olsa da, onlar bütün yaşayış məntəqələrini əhatə etmirlər. Nəticədə vətəndaşlar pul köçürmələrində çətinliklərlə üzləşirlər. Poçt şöbələri isə, demək olar ki, respublikanın bütün bölgələrində fəaliyyət göstərməkdədir. Komitənin sədri deyib ki, poçt şöbələrinə bank xidmətləri göstərmək hüququnun verilməsi regionlarda mikrokreditlərin verilməsini sadələşdirməyə xidmət edir. Mikrokreditlər isə kənd təsərrüfatının inkişafına böyük təsir edir. Z.Səmədzadə onu da bildirib ki, bank olmayan kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üçün mikrokreditlər haqqında qanun hazırlamaq da məqsədəuyğun olardı. çünki xarici ölkələrdə də müvafiq qanunvericilik aktı “bank olmayan kredit təşkilatları haqqında” deyil, “mikrokredit təşkilatları haqqında” adlanır.
Daha sonra “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanuna əlavə edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb. Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, qanunvericilik təşəbbüsü subyekti tərəfindən göndərilən müvafiq qanun layihəsində təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların əhatə etdiyi Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Muxtar Respublikanın mərkəzi sayılan Naxçıvan şəhərinin inzibati ərazi dairəsinə daxil edilsin.
“Bələdiyyələrin statusu haqqında” qanuna əlavə edilməsi barədə” qanun layihəsi haqqında məlumat verən A.Rəhimzadənin bildirdiyinə görə, təklif olunan əlavəyə əsasən bundan sonra inzibati ərazi dairələrinin Dövlət reyestri ilə yanaşı, bələdiyyələrin də Dövlət reyestri olacaq. Yəni, ölkə ərazisindəki bütün bələdiyyələr Milli Məclis tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil ediləcək və onlara müvafiq şəhadətnamələr veriləcək, həmçinin, bələdiyyələrin Dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdiriləcək.
İclasda müzakirəyə çıxarılacaq sonunçu məsələ isə “Torpaqların dövlət ehtiyacları üçün geriyə alınması barədə” qanun layihəsi olub. Qeyd edək ki, müzakirələrdən sonra iclasın gündəliyində olan bütün qanun layihələri qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30

