“Sərhədsiz reportyorlar”ın yalan bəyanatı Azərbaycanın əleyhinə qarayaxma kampaniyasıdır
09.12.2016 [09:39]
Ölkəmizə qarşı qərəzi ilə seçilən ermənipərəst təşkilatın yalanları sərhəd tanımır
Xəbər verildiyi kimi, ölkəmizə qarşı ikili standartlar tətbiq edən, erməni lobbisinin sifarişi əsasında fəaliyyət göstərən “Sərhədsiz Reportyorlar” adlı təşkilat yenidən qarayaxmasını “bəyanat” adı altında açıqlayıb. Belə ki, Azərbaycana qarşı hər zaman şər-böhtan kampaniyası aparan, subyektivliyi, qərəzi ilə seçilən bu təşkilat yalanla dolu sözügedən “bəyanat”ında növbəti dəfə faktları təhrif edərək ölkəmizlə bağlı əsassız iddialar irəli sürüb. Azərbaycanda guya mətbuatın azadlığının “məhdudlaşdırılması faktları”nın olduğunu iddia edən bu təşkilat gülünc misallar gətirməklə öz yalanlarını arqumentləşdirməyə çalışıb. Amma onların şər kampaniyası yenidən ifşa edilir. Belə ki, konkret olaraq hüquqi prosedurları belə siyasiləşdirmək cəhdi göstərən bu “şər maşını” bir daha öz missiyasını açıq şəkildə ortaya qoymuş olur. Maraqlıdır ki, hər zaman ölkəmizə qarşı böhtanları ilə seçilən bu qondarma təşkilat Azərbaycanda mətbuatın inkişafına göstərilən dövlət dəstəyini əks etdirən faktları görməzdən gəlir. Vurğulayaq ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuatın inkişafı ilə bağlı xüsusi Dövlət Konsepsiyası qəbul edilib, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond mətbu orqanların irəli sürdüyü layihələri maliyyələşdirir, eləcə də jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı mühüm addımlar atır. Lakin bütün bunları görməzdən gələn “Sərhədsiz Reportyorlar”ın ölkəmizə qarşı nümayiş etdirdiyi yalanlar sərhəd tanımır.
“Sərhədsiz Reportyorlar”ın budəfəki “bəyanat”ının qərəzli olduğunu dilə gətirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkəmizdə mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğı ortadadır. İstər çap mediasının inkişafı ilə bağlı qəbul edilən, istərsə də internet medianın inkişafını dəstəkləyən qərarlar “Sərhədsiz Reportyorlar”ın yalanlarını ifşa edən mühüm faktlardır: “Azərbaycanda medianın azad inkişafı üçün verilən dəstək olduqca yüksək səviyyədədir. İstər yazılı mətbuatın, istər internet medianın inkişafı istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb. Bundan başqa, media təmsilçilərinin azad şəkildə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılıb. Sadəcə olaraq, “Sərhədsiz reportyorlar” adlı təşkilatın Azərbaycandakı reallığı bəd gözlə, qara eynəklə görməsi artıq adət halını alıb. Onlar bilirlər ki, Azərbaycanda söz, media azadlığı ilə bağlı uğurlu işlər həyata keçirilir. Azərbaycanda söz azadlığının təmini istər ölkə Konstitusiyasında, istərsə də KİV haqqında qanunda təsbit edilib. Mətbuat Şurasının təsis olunması, mətbuatın üzərindən senzuranın birmənalı şəkildə götürülməsi azad sözə verilən dəyərin göstəricisidir. O ki qaldı “bəyanat”ın məzmununa, bu da gülünc iddialardır. Hüquqi dövlət olan Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir və hər hansı bir qanun pozuntusuna yol verən şəxs mütləq şəkildə məsuliyyət daşıyır. Onun hansı peşəni təmsil etməsinin isə fərqi yoxdur. Azərbaycanda qanunun aliliyi təmin edilib və bu qanunları pozanlar məsuliyyət daşıyırlar. Qeyd etmək istəyirəm ki, erməni lobbisinin əlində alətə çevrilən “Sərhədsiz Reportyorlar” adlı bu kimi təşkilatlar bilərəkdən bu cür yalanlarla ölkəmizə qarşı böhtan xarakterli kampaniyalar həyata keçirirlər. Sifarişlə, diktə ilə çalışan bu kimi təşkilatlar yalanları ilə heç nəyə nail ola bilməyəcəklər. Çünki onların özlərinin mahiyyəti şübhə doğurur”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da “Sərhədsiz Reportyorlar” təşkilatının məqsədinin bəlli olduğunu bildirib. Onun sözlərinə görə, bu “bəyanat” da digər “hesabat”lar kimi “Sərhədsiz Reportyorlar”ın Azərbaycana qarşı qərəzli münasibətidir. A.Aşırlı deyib ki, burada hər hansı bir araşdırmadan və ya faktologiyadan söhbət belə gedə bilməz. Bu məsələnin mətbuat azadlığına heç bir aidiyyəti yoxdur: “Düşünürəm ki, bu yalan məzmunlu “bəyanat” Azərbaycan üçün çox ədalətsiz bir yanaşmadır. Bu gün ölkəmizdə özünüifadə azadlığı tam təmin olunub, mətbuatın inkişafına dəstək göstərilir, Azərbaycanda çap mətbuatı fəaliyyət göstərir, mediada rəngarənglik mövcuddur. Həmçinin internet media olduqca sürətlə inkişaf edir, yaranan saytların sayı gündən-günə artır. Sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur, Azərbaycan əhalisinin mütləq əksəriyyəti internet istifadəçisidir və öz fikirlərini internet üzərindən yaymaq imkanına malikdir. Belə olan halda “Sərhədsiz Reportyorlar” adlı təşkilatın hesabatı heç bir həqiqəti əks etdirmir və qərəzlidir. Bu yalanlarla onlar artıq heç kimi inandıra bilmirlər. Erməni lobbisinin sifarişini yerinə yetirənlərin arzuları reallığa çevrilmir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

