/ / Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Küveyt mətbuatında məqalələr dərc edilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Küveyt mətbuatında məqalələr dərc edilib
19.10.2016 [10:01]
Küveytdə ərəb dilində yayımlanan və böyük oxucu auditoriyasına malik gündəlik “Əl-Cəridə” və “Əl-Nahar” qəzetlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycan və müstəqilliyinin 25-ci ildönümü”, “Azərbaycan səfirliyi: Müstəqilliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlər” sərlövhəli məqalələr dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyi qeyd olunub. Bu sənəddə Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etdiyi bəyan olunub. Məqalələrdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna səbəb olan problemlərlə müstəqil Azərbaycan Respublikasının da qarşılaşdığı, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, müstəqilliyin ilk illərində yaranan ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə bütün problemləri arxada qoyaraq dinamik inkişaf yoluna qədəm qoyub. Ümummilli liderin uzaqgörən siyasəti və misilsiz xidmətlərinin nəticəsində mərkəzi dövlət hakimiyyətinin gücləndiyi, Azərbaycanda iqtisadi islahatlara start verildiyi, xarici siyasətin prioritetlərinin dəqiq müəyyən edildiyi, ölkəmizin müasir, dünyəvi dövlət kimi inkişaf etməyə başladığı bildirilib. Həmçinin ölkəmizin gələcəyi ilə bağlı strateji addımların məhz o illərdə atıldığı, beynəlxalq əlaqələrin genişləndiyi, Ermənistan ilə atəşkəs müqaviləsinin imzalanmasına nail olunduğu, ölkədə demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu vurğulanıb.
Məqalələrdə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu xüsusi qeyd edilib. Bundan başqa, Azərbaycanda gənclər siyasəti, elm, təhsil, “qara qızıl”ın insan kapitalına çevrilməsi və s. sahələrdə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində əldə olunan nailiyyətlər barədə də ətraflı söhbət açılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

