Erkin Qədirli: Adımı siyahıdan çıxardılar, dedilər ki, ermənilər iştirakıma etiraz edə bilərlər
17.09.2016 [10:27]
ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ABŞ Konqresində keçirilmiş dinləmələrdə iştirak siyahısından adının çıxarılmasına aydınlıq gətirib.
APA-nın xəbərinə görə, E.Qədirli “facebook” səhifəsində yazıb ki, dinləmələrdən öncədən xəbəri olmayıb: “Toplantıya bir həftə qalmış mənə Vaşinqtondan yazdılar ki, belə bir dinləmə olacaq, oraya məni dəvət etmək istəyirlər. Dedim, gələ bilməyəcəyəm, yol uzaq, həvəs yox, pul da az. Dedilər ki, problem deyil, bütün xərcləri dəvət edən tərəf ödəyə bilər”.
E.Qədirli bildirib ki, daha sonra ona ABŞ-ın Bakıdakı səfirliyi Qurban Bayramına görə işləmədiyi üçün vizanı almağa vaxt qalmadığından “Skype”la qoşulmağı təklif ediblər, o da bununla razılaşıb.
“Açığı, “Konqresdə dinləmə” adıyla toplantıya qatılmaqda həvəssizliyimin başqa, daha önəmli səbəbi vardı. Xatırlayırsınızsa, 2013-cü ildə, prezident seçkiləri zamanı, ReAl-dan məni, “Milli şura”dan da Eldar Namazovu dəvət etmişdilər Konqresin Helsinki Komissiyasına. Dəvətdə “dinləmə” yazılmışdı, biz də dinləmə adıyla oraya getdik. Tədbirə bir gün qalmış Helsinki Komissiyasının aparat işçiləri məni şam yeməyinə dəvət etdilər. Gözəl insanlar, xoş ovqat, rahat ortam. Amma! Söhbət heç yaxşı olmadı. Komissiyanın aparat işçiləri məndən üzr istəyərək dedilər ki, “sabahkı tədbir dinləmə yox, brifinq olacaq. Yəni heç bir konqresmen gəlməyəcək, özünüz danışacaqsınız”. Həvəsim elə öldü ki (həvəs mənim üçün çox önəmlidir). O boyda yolu gəl, sonra da sənə desinlər ki, bəs sözünüzü eşidən olmayacaq”, - bunu E.Qədirli yazıb.
O bildirib ki, tədbirə gələndə də amerikan konqresmenlərinin yerinə azərbaycanlı deputatlar Səməd Seyidovla Asim Mollazadəni görüb.
“Bu dəfə mənim dəvətimi təşkil edən dostlardan bir neçə dəfə soruşdum: “Dəqiq dinləmədir, yoxsa keçən dəfəki kimi yenə axırda brifinqə endirəcəklər?” Dinləmə yerinə brifinq olacaqsa, qatılmayacağımı dedim. Məni inandırdılar ki, dinləmə olacaq. Odur ki, “Skype”la qoşulmağa razılaşdım. Məndən çıxışımın mətnini istədilər. Dedilər ki, maksimum 800 söz olmalıdır (təxminən 5 dəqiqəlik çıxış). Bu qədər problemi 800 sözün içinə necə yerləşdirəsən? Nə isə, yazdım, 1600-dən çox söz alındı. Dedilər, problem deyil, göndər, mətni burada yayarıq, amma sən çıxışında ancaq 800 sözün içində danışmalı olacaqsan. Razılaşdım.
Dinləmələrə bir gün qalmış, Bakı vaxtıyla gecə idi, mənə yazdılar ki, bəs alınmır, məni siyahıdan çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, bəs kimlərsə konqresmenlərə mənim üç il bundan öncə yazdığım “Xocalı statusu”mdan xəbər verib. Hər şey mənə aydın oldu”.
O, konqresmenlərə bunu konkret kimin göndərdiyini də öyrənmək istəyib: “Cavab ala bilmədim. Adamlar məndən incidi. Dedilər ki, onlar mənə güvənirdi, mənsə onları pis vəziyyətdə qoydum və s. İşin emosional tərəfi ilə bağlı nəsə demədim, amma məsələni izah edə biləcəyimi yazdım (çünki bilirəm axı, sözlərimi təhrif edilmiş, kontekstdən çıxarılmış, üstəlik içinə yalan qatılmış şəkildə göndəriblər). İzahımı istəmədilər. Dedilər ki, qərar qəbul olunub. Konqresmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki oraya jurnalistlər gələcək, erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, guman üzərində verilmiş bir qərar oldu. Dedilər ki, ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma etiraz edə bilərlər, bu da dinləmənin gedişatını poza bilər”.
E.Qədirli bildirib ki, ona qarşı “konqresmenlərə xəbərçiliyin olduğunu” dəqiq bilir: “Ən son anda - dinləmələrə bir gün qalmış - məni siyahıdan çıxardılar. Hərçənd ona qədər hər şey yaxşı gedirdi. Birbaşa yazışdığım adamlardan xəbərçiliyin haradan gəldiyini öyrənə bilmədim. Çox guman ki, onlar da bilmir”.
O, bu məsələ ilə bağlı gümanları olduğunu, lakin bunu sübuta yetirə bilmədiyini də qeyd edib.
E.Qədirli ABŞ səfirliyinin iki ildən artıq onu danışdırmadığını da yazıb: “Heç yerə dəvət etmədi - hamısı da bu söhbətlərə görə oldu”.
Xəbər lenti
Hamısına baxElm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19

