/ / “The Huffington Post” nəşrində Azərbaycandakı multikulturalizm mühitinin əhəmiyyətindən bəhs olunub
“The Huffington Post” nəşrində Azərbaycandakı multikulturalizm mühitinin əhəmiyyətindən bəhs olunub
25.08.2016 [09:52]
Amerikada çıxan “The Huffington Post” nəşrində ABŞ-dakı Simon Vizental mərkəzinin rəhbərinin müavini Abraham Kuperin “Dünyəvi müsəlman cəmiyyətində çoxkonfessiyalı model” adlı məqaləsi dərc olunub. Müəllif məqaləsində Sovet İttifaqında dini mərasimlərin və dindarlığın qadağan edilməsindən, habelə zorakılıq və terrorizmlə bağlı aktual problemlərdən söhbət açıb.
Ravvin 44 il əvvəl Yom-Kipur bayramı zamanı SSRİ-yə səfəri barədə xatirələrini bölüşərək yazır ki, həmin illərdə sinaqoq, kilsə və məscidlərin çoxu bağlanmış və ya dağıdılmışdı. A.Kuper o vaxt Bakıya səfəri zamanı çoxsaylı yəhudilərlə, o cümlədən nasizmdən xilas olaraq Bakıda sığınacaq tapan Polşa mənşəli yəhudilərlə və əcdadları 2500 il bundan əvvəl Solomon məbədinin dağıldığı dövrdə yaşamış yəhudilərin törəmələri ilə tanış olub.
Ravvin bildirir ki, indi zəmanə dəyişib və 2016-cı ildə din çox vaxt ümid mənbəyi deyil, münaqişənin legitimləşdirilməsi, insanların bir-biri ilə mübarizə aparan qruplara bölünməsi, zorakılıq və terrorizm amili hesab edilir.
O yazır ki, sosial ədalətsizliyin və nifrət hissinin aradan qaldırılması üzrə tərəfdaşlar axtara-axtara yenidən Bakıya - artıq müstəqil Azərbaycanın paytaxtına gedib çıxıb. Əhalisinin əksəriyyəti müsəlmanlar olan bu ölkədə multikulturalizm mühiti yaradılıb və insanlar müxtəlif məbədlərə gedib ibadət edə bilirlər. Müəllif onu da vurğulayır ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
A.Kuper daha sonra qeyd edir ki, İsrailin çətin günlərində Azərbaycan həmişə onun yanında olub və tarixən təqiblərə məruz qalan yəhudilərə və xristianlara öz ərazisində sığınacaq verib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan İsrailin və ABŞ-ın ən etibarlı dostlarından biridir. Buna görə də ravvinin fikrincə, nifrətin və terrorizmin fonunda şüurlu əməkdaşlıq anlayışı həyati əhəmiyyət kəsb edir. İŞİD tərəfdarlarının etnik təmizləmələr apardığı, orta əsrlər dövrünə xas olan vəhşiliklər törətdiyi regionda dini azlıqları müdafiə edən, onlara hörmət bəsləyən hər bir liderdən öyrənməli məsələlər var.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

