/ / Azərbaycanın BMT-nin “Elektron Hökumət 2016” hesabatındakı mövqeyinin 12 pillə yüksəlməsi mühüm uğurdur
Azərbaycanın BMT-nin “Elektron Hökumət 2016” hesabatındakı mövqeyinin 12 pillə yüksəlməsi mühüm uğurdur
03.08.2016 [15:09]
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) “Elektron Hökumət 2016” hesabatındakı mövqeyinin 12 pillə yüksəlməsi mühüm uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Elektron hökumət” portalının əlaqələndiricisi Cəmşid Naxçıvanski deyib. O qeyd edib ki, son illər Azərbaycanda “elektron hökumət”in inkişafı üzrə görülmüş işlər və əldə edilən müsbət nəticələr beynəlxalq qiymətləndirmədə də əksini tapır. Ölkəmiz BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “Elektron Hökumət 2016” (“E-Government Survey 2016”) hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq, 193 ölkə arasında 68-ci yerdən 56-cı yerə yüksəlib. “Elektron-İştirak İndeksi” üzrə Azərbaycan daha da güclü inkişafa nail olaraq mövqeyini 30 pillə artıraraq 47-ci mövqeyə çıxıb.
C.Naxçıvanski bildirib ki, hesabatda “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr çox yüksək, yüksək, orta, aşağı səviyyəli 4 qrup üzrə təsnifatlaşdırılıb. Azərbaycan əvvəlki hesabatda olduğu kimi, yüksək səviyyəli ölkələr qrupunda yerləşib. Maraqlı haldır ki, “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə inkişaf səviyyəsinə coğrafi yanaşma ilə Azərbaycan Asiya qrupunda 47 ölkə arasında 11-ci yerdə, 16 Qərbi Asiya ölkəsi arasında 7-ci yerdə, dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üzrə isə 32 ölkə arasında 2-ci yerdə olub. MDB dövlətləri arasında isə əvvəlki hesabatdakı 7-ci mövqedən “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə 4-cü yerə, “Elektron İştirak İndeksi” üzrə isə 2-ci yerə yüksəlib.
Hesabatda “Elektron İştirak İndeksi” üzrə ən yaxşı nəticə göstərən ilk 50 ölkə arasında Azərbaycan da qeyd edilib. “Elektron Hökumətin İnkişaf İndeksi”nin hesablanması zamanı 3 komponent - onlayn xidmət altindeksi, telekommunikasiya infrastrukturu altindeksi, insan kapitalı altindeksi əsas götürülür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə “elektron hökumət”in inkişafını əlaqələndirir, elektron xidmətlərin göstərilməsini təşkil edir, elektron imzanın istifadəsi üçün yaradılmış infrastrukturun, həmçinin “Elektron hökumət” portalının operatorudur.
Qeyd edək ki, “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir, 2-ci yerdə Avstraliyadır. Əvvəlki hesabatda liderlik edən Koreya isə 3-cü yerdə mövqe tutub. “Elektron İştirak İndeksi” üzrə də dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. İkinci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşülür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32

