/ / Bahar Muradova: Azərbaycan hər üç həmsədr ölkədən bərabər və koordinasiya olunmuş fəaliyyət gözləyir
Bahar Muradova: Azərbaycan hər üç həmsədr ölkədən bərabər və koordinasiya olunmuş fəaliyyət gözləyir
13.07.2016 [09:45]
“İndiki halda Ermənistan münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyinə diametral şəkildə əks mövqe ortaya qoyur, əks mövqeləri yaxınlaşdırmaq isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin işidir”.
Bunu “Trend”ə açıqlamasında Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Onun sözlərinə görə, münaqişənin həlli üçün tərəflərin mövqeyindəki fərq azalmalıdır: “Bizim mövqeyimiz obyektivdir. Biz mövqeyimizi dəyişən deyilik. İşğalçı ölkə mövqeyini dəyişməlidir. Bu da status-kvonun dəyişməsindən başlamalıdır”.
B.Muradova qeyd edib ki, hazırkı dövrdə mövqelər status-kvonun dəyişməsi üçün atılacaq addımlara münasibətdə fərqlənir. Azərbaycan status-kvonun dəyişməsi üçün ilkin addım kimi işğalçı qoşunların ərazini tərk etməsini görür: “Ermənistan tərəfinin rəsmiləri də dünənki açıqlamalarında bildiriblər ki, onlar status-kvonun dəyişməsi üçün öz müqəddəratını təyinetmə prinsiplərini qəbul edirlər. Bu qədər bir-birinə zidd mövqelər ortada olarkən ümumi nəticənin olub-olmayacağını demək mümkün deyil. Amma əgər tərəflər münaqişənin mərhələli variantına münasibətdə obyektiv olaraq, düzgün ilkin addım atılmasına razılıq verərsə, onda hansısa müsbət danışıqlardan bəhs etmək olar. Hazırda gözə görünən odur ki, fəal danışıqlar prosesi gedir, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri yaxınlaşdırmağa, danışıqlarda hansısa müsbət nəticələrin əldə olunması üçün prinsipləri razılaşdırmağa və həllə nail olmağa çalışırmış kimi görünürlər. Arzu edək ki, görünənlə mahiyyət uyğun gəlsin”.
B.Muradova Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi səylərinin müsbət nəticələnməsini də arzuladığını söyləyib. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri də bu ümumi fəaliyyətin bir elementi kimi sayılmalıdır: “Ona görə ayrılıqda götürülmüş bir səfərdən tam müsbət nəticə gözləmək mümkün deyil. Amma düşünmürəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın fəaliyyəti də münaqişənin tam həlli üçün kifayət etsin. Çünki üç həmsədr koordinasiya olunmuş, razılaşdırılmış və müsbət nəticəyə yönəlmiş fəaliyyət göstərdiyi təqdirdə istədiyimiz yekunu əldə edə bilərik”.
O bildirib ki, Azərbaycan hər üç həmsədr ölkədən bərabər və koordinasiya olunmuş fəaliyyət gözləyir: “Bütövlükdə prosesin sürətlənməsini, bu prosesdə çevik və operativ danışıqların getməsini dəyərləndirmək lazımdır. Prezident İlham Əliyev də bunu xüsusilə vurğulayır ki, heç zaman indiki qədər fəal danışıqlar prosesi getməyib. Buna da aprel hadisələri səbəb olub. Aprel hadisələri həm danışıqlar prosesinin tərəflərini, həm də vasitəçilik missiyasını həyata keçirənləri məsələyə yeni bir rakursdan baxmağa vadar edib. Hesab edirəm ki, bu çevik və operativ danışıqlar prosesi yalnız atəşkəsi qoruyub saxlamağa xidmət etmək məqsədi daşımasa, problemin həllinə yönəlmiş olsa, onun ayrı-ayrı elementləri ilə deyil, məhz münaqişənin özünün həlli ilə məşğul olunarsa, müsbət nəticə əldə etmək olar”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

