Tbilisidə kütləvi informasiya vasitələrinin 13-cü Cənubi Qafqaz konfransı keçirilib
09.07.2016 [11:13]
Tbilisidə kütləvi informasiya vasitələrinin 13-cü Cənubi Qafqaz konfransı keçirilib.
“KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” mövzusuna həsr olunmuş konfransda Azərbaycanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV-lərin və QHT-lərin nümayəndələri, müstəqil ekspertlər təmsil ediblər.
Konfransda əsasən Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunub.
Tədbirin açılışında Gürcüstanın xarici işlər naziri Mixail Canalidze çıxış edərək ölkəsində söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən danışıb. Gürcüstanda bu il parlament seçkilərinin keçiriləcəyini vurğulayan nazir deyib ki, seçkiləri izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi və jurnalist dəvət olunacaq. Gürcüstan onların təhlükəsizliyini tam təmin edəcək.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç çıxış edərək qloballaşan dünyada informasiya mübadiləsinin, mətbuat azadlığının təmin olunmasının vacibliyindən danışıb. Bildirib ki, son vaxtlar qaynar bölgələrdə, eləcə də digər mühitlərdə vəzifə borcunu yerinə yetirən çoxlu sayda jurnalist qətlə yetirilib, təhqir və təzyiqlərə məruz qalıb: “Bizim əsas məqsədimiz jurnalistlərin və sosial şəbəkələrdə çalışan bloggerlərin təhlükəsizliyinə nail olmaqdır. Konfransın əsas məqsədi bu barədə toplantı iştirakçılarının fikirlərini öyrənmək və konsepsiya hazırlamaqdır”.
Çıxışlarda jurnalistlərin təhlükəsizliyi, söz azadlığı, mətbuat azadlığı istiqamətində görülən işlərdən bəhs edilib, müxtəlif fikirlər səslənib. Həmçinin jurnalist azadlığı, təhlükəsizliyi, onlara dəyən ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Konfransın yekunları ilə bağlı birgə bəyanat müzakirəyə çıxarılarkən Ermənistan nümayəndə heyəti tərəfindən yekun sənədə jurnalistlərin adlarının “qara siyahı”lara salınmasını pisləyən müddəanın daxil edilməsi təklifi irəli sürülüb. Ermənilər Azərbaycan Xarici İşlər Nazirliyinin işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edən xarici jurnalistlərin adlarının “arzuolunmaz şəxslər” siyahısına daxil etməsinin yolverilməz olduğunu iddia edib və yekun sənəddə bunun pislənilməsini istəyiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri isə bildiriblər ki, ermənilər bununla konfrans iştirakçılarının diqqətini Ermənistanda medianın real vəziyyətinin müzakirəsindən yayındırmağa və bu ölkədə baş verən ciddi qanun pozuntularının üstünü örtməyə çalışırlar.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov deyib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “qara siyahı”ya vəzifəsindən, peşə mənsubiyyətindən və statusundan asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən, qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edən şəxslər daxil edilir. Bu, Ermənistan nümayəndə heyətinin iddia etdiyi kimi, “jurnalistlərin qara siyahısı” deyil, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən və buna görə də Azərbaycanda arzuolunmaz elan edilən şəxslərin siyahısıdır. Ermənistan nümayəndə heyətinin özünə sərf edən formada məsələnin mahiyyətini təhrif etmək, təxribatçı niyyətlərini reallaşdırmaq cəhdləri yolverilməzdir və buna görə də irəli sürülən təklif nəzərə alınmamalıdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Sərxan Ağakişiyev çıxış edərək bildirib ki, işğal altında olan Azərbaycan ərazilərinə səfər etmək və çəkiliş aparmaq istəyən xarici media nümayəndələri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və milli qanunvericiliyinə hörmətlə yanaşmalı, müvafiq qaydada akkreditasiyadan keçməlidirlər. O, təklifin əsassız və qərəzli olduğunu qeyd etməklə yanaşı, bildirib ki, bu iddia yekun sənədə daxil edilərsə, onda Azərbaycan nümayəndə heyətinin təklifi də bəyanata əlavə olunmalıdır. Azərbaycan nümayəndə heyəti yalnız bir halda bu düzəlişlə razılaşa bilər ki, müddəada jurnalistlərin həmin ərazinin aid olduğu dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması, akkreditasiya qaydalarına əməl etməsi məsələləri də öz əksini tapsın.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Məmmədov, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev də çıxış edərək ermənilərin təklifinin əsassız olduğunu diqqətə çatdırıblar.
Azərbaycan nümayəndə heyətinin etirazından sonra təşkilatçılar konsensusun əldə olunmadığı hər hansı bir müddəanın bəyanata daxil edilməsinin mümkünsüz olduğunu vurğulayaraq iştirakçıları digər təkliflərin müzakirəsinə dəvət ediblər. Bu isə Ermənistan nümayəndə heyətinin etirazına səbəb olub və onlar bəyanatın son variantının müzakirəsi zamanı toplantını tərk ediblər. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç bildirib ki, bu konfrans KİV üçün müzakirə meydanıdır və tədbirdə siyasi mövzular deyil, media ilə bağlı məsələlər müzakirə olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55

