/ / Qurultay çərçivəsində lobbi quruculuğuna həsr olunmuş panel iclası maraqlı müzakirələrlə yadda qalıb
Qurultay çərçivəsində lobbi quruculuğuna həsr olunmuş panel iclası maraqlı müzakirələrlə yadda qalıb
07.06.2016 [10:12]
İyunun 4-də Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçirilən iclasda müxtəlif ölkələrin siyasi elitaları və mediası ilə əlaqələrin vəziyyətindən, Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bəhs edilib.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova qeyd edib ki, son beş ildə dünyada bir sıra geosiyasi dəyişikliklər baş verib. Müşahidə olunan qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirib.
Lobbi məfhumu haqqında məlumat verən Samira Patzer-İsmayılova qeyd edib ki, lobbiçilik həm siyasi, həm də iqtisadi maraqlara xidmət etməklə yanaşı, konkret məqsədlər güdməlidir. Lobbiçiliyin əsas işlərindən biri də yerli KİV-lərlə əlaqələri gücləndirməkdir. Lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. Bu, rəsmi xarakter daşımamalı, sırf xalq diplomatiyası səviyyəsində olmalıdır. Lobbiçilik fəaliyyəti həmin dövlətlərin qanunları çərçivəsində həyata keçirilməlidir. Buna görə də lobbiçilik fəaliyyəti ayrı-ayrı dövlətlərdə fərqli şəkildə həyata keçirilə bilər. Belə bir fəaliyyət Azərbaycan reallıqları baxımından çox zəruridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərmək diasporumuzun qarşısında duran ən ümdə vəzifə olmalıdır.
Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov deyib: “Avropalılar heç vaxt digər xalqların nümayəndələrinə eyni münasibət bəsləmirlər. Odur ki, biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla əlaqələrimizi genişləndirməliyik. Lobbiçilik həm də digər xalqların nümayəndələrini Azərbaycan naminə fəaliyyətə cəlb etməkdədir. Diaspor diplomatiyasının gücləndirilməsi bu gün çox zəruridir. Çünki bir ölkənin vergi ödəyicisi olan həmvətənimiz peşəkar diplomatların edə bilməyəcəyini edə bilər”.
“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqal qurultayın təşkilatçılarına təşəkkürünü bildirib. Vurğulayıb ki, əgər azərbaycanlılar yaşadıqları ölkənin siyasi dairələrində təmsil olunsalar, bu, bizim səmərəli fəaliyyətimizə təkan verəcək. Lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulması da vacib şərtdir. Hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında həmin ölkə vətəndaşlarını, ən yüksək dairələri məlumatlandırmaq lazımdır. Belə olan halda, hər hansı siyasətçi və ya sadə vətəndaş Azərbaycanla bağlı atacağı addımlarda daha düzgün qərarlar verəcək. Xaricdə yaşayan azərbaycanlılar ilk növbədə öz övladlarını Azərbaycan ilə bağlı məlumatlandırmalıdır.
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır. Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya-başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız aktual problemlərdəndir. Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlının yaşadığı ölkənin siyasi, ictimai həyatında fəal rol oynamasının vacibliyini vurğulayan Mirvari Fətəliyeva deyib: “Bildiyiniz kimi, Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Biz hər addımda ermənilərlə gərgin mübarizə aparmalı oluruq. Erməni diasporunun təbliğatına qarşı da müxtəlif yollarla mübarizə aparırıq. Bu istiqamətdə ən vacib təbliğat sahələrindən biri də yerli KİV-dir. Fəaliyyət göstərdiyimiz ölkələrin media nümayəndələri ilə tez-tez görüşlər keçirməliyik. Mətbu orqanların nəşrlərində məqalələr dərc edilməlidir”.
Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti müəyyən qanunlar çərçivəsində həyata keçirilir. Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından geniş istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, eyni zamanda, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik. Azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı roluna toxunan C.Mollazadə qeyd edib ki, seçkilərdə, müəyyən tədbirlərdə iştirak etməklə biz bu ölkədəki siyasi dairələrlə, qurumlarla əlaqələri genişləndirə bilərik. Bu da gələcəkdə onlarla Azərbaycan maraqları naminə işləməkdə bizə kömək olar.
Ukraynada yaşayan azərbaycanlıların artıq lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu bildirən Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib ki, siyasətçilərlə, KİV ilə əlaqələr qurulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması istiqamətində iş aparılır. Diqqətə çatdırılıb ki, artıq bu gün dünyada düzgün azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər, bizə inanırlar.
Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rəhim Şmit lobbiçilik fəaliyyətinə siyasi yanaşmanın əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, ölkənin xarici siyasətində əsas götürdüyü prioritet məsələlər diaspor, o cümlədən lobbiçilik fəaliyyətinin də əsas istiqamətini təşkil etməlidir.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar rəhbərlik etdiyi qurumun lobbiçilik fəaliyyəti istiqamətindəki əldə olunan uğurlarından bəhs edib. Qeyd edib ki, bütün məsələlərdə olduğu kimi, diaspor fəaliyyətində də yalnız birgə, əlaqəli işlə uğur qazanmaq mümkündür. O, həmçinin sosial şəbəkələr vasitəsilə də diaspor fəaliyyətinin genişləndirilməsinin önəmini vurğulayıb.
Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri Fərhad Turanlı lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi üçün müvafiq simpoziumların keçirilməsinə, elmi araşdırmaların aparılmasına, yerli dillərdə kitabların nəşr olunmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. İlk növbədə xaricdə yaşayan ziyalılarımızın, o ölkələrin dövlət qurumlarında, parlamentində təmsilçiliyinə nail olmalıyıq.
Köln və ətrafındakı Türk dərnəklərinin Koordinasiya Şurasının sədr müavini Rehan Gündoğan diaspor təşkilatlarının fəaliyyətlərini müəyyən proqramlar üzərində qurmalarının, qarşıya qoyulan hədəflərin dəqiq müəyyənləşdirilməsinin önəminə diqqət çəkib.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib: “Diaspor fəaliyyətinin lobbiçilik fəaliyyəti ilə tamamlanması çox önəmlidir. Bu məsələdə fikir ayrılığı olmamalıdır. Çünki bu, ümummilli işdir və hər birimizin mənəvi borcudur”.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32

