/ / Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub
26.05.2016 [10:21]
Mayın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bir sıra qanunlarda dəyişikliklər müzakirə olunub.
“Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun tətbiqi ilə əlaqədar “Ətraf mühitə dair informasiya almaq”, “İnformasiya əldə etmək”, “İctimai iştirakçılıq” haqqında qanunlarda redaktə xarakterli dəyişikliklər ediləcək. Eləcə də adı çəkilən qanunun tətbiqi ilə əlaqədar “Hərbi qulluqçuların statusu”, “Prokurorluq” haqqında qanunlarda və İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər olunacaq.
Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, dəyişikliklər dəqiqləşməyə, şəffaflığa və hesabatlılığa xidmət edir.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində cərimə ediləcəklər. Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əməllərdə cinayət təqibinin əlaməti olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunda edilən dəyişikliyə əsasən isə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində yox, 15 iş günü ərzində baxılacaq.
“Prokurorluq haqqında” Qanunda edilən dəyişiklikdə qeyd olunur ki, prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6-cı maddəsi ilə müəyyənləşdirilən tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Qanunda edilən əlavəyə görə isə baş prokuror müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq icra hakimiyyəti orqanına məlumat verəcək.
Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına baxılmağa tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11

