/ / Dünya birliyi Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməlidir
Dünya birliyi Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməlidir
07.04.2016 [10:11]
Prezident İlham Əliyev: Bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər
Bu günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində müşahidə olunan gərginlik bütün dünyanın diqqət mərkəzində oldu. Bir daha aydın oldu ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ona görə də, ATƏT-in Minsk qrupunun bu günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb.
Xəbər verildiyi kimi, aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib. Dövlətimizin başçısı şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşü zamanı bu məqamlara toxunaraq qeyd edib ki, Azərbaycan danışıqlar prosesinə hazırdır: “Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır”.
Status-kvonun saxlanması qeyri-mümkündür
Artıq bu, bir reallıqdır ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Bu baxımdan, bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır. Lakin bütün hallarda, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildiriblər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı vurğulayıb ki, Azərbaycan problemin sülh yolu ilə həllini istəyir: “Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən, Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistan ilə müqayisədə böyük dərəcədə irəliyə getmişdir”.
Dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının zəruriliyini bəyan edib
Qeyd etdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan başqa, son hadisələrin fonunda ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan ediblər. Məsələn, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrlə bağlı açıqlamasında baş verənlərdən çox narahat olduğunu və insanların ölümünə kədərləndiyini bildirib. AŞ PA sədri atəşkəsə əməl edilməsinin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların bərpa olunmasının vacibliyini bildirib. Pedro Aqramunt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanatında qeyd edilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməlidir. Bəyanatda Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi ilə bağlı təşkilatın narahatlığı ifadə olunub. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına dair İƏT-in mövqeyi bir daha diqqətə çatdırılır, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb.
Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn isə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, dünya birliyi Ermənistanı məcbur etməlidir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmağı tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirsin. Artıq bunun vaxtıdır və Ermənistan bu qətnamələrə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır. Britaniyalı deputat vurğulayır ki, Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır.
Almaniya Bundestaqının deputatı Mark Hauptmann da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib. Bu, azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma torpaqlarına qayıtmaları üçün zəruridir. Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları keçmişdə bunu təkrar-təkrar bildirib və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını birmənalı şəkildə tələb edib. Bundestaqın deputatı vurğulayıb ki, Almaniya və Avropa İttifaqı Dağlıq Qarabağın işğal altında qalmasına qarşı çıxır. Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və Avropa Şurasının münaqişəyə dair qəbul etdikləri sənədlər icra olunmalıdır.
“Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”
Sadalananlarla yanaşı, aprelin 4-də Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio-de-Janeyro şəhər Şurasının xarici əlaqələr komissiyasının sədri Sezar Maya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayırıq. Biz hamımız bilirik ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır. İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Təəssüflər olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana bu qətnamələri icra etməsi üçün təzyiq göstərməlidir. Baş verənlərlə əlaqədar olaraq, Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.
Beləliklə, dövlətimizin başçısının da vurğuladığı kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ölkəmizin dəyişməz mövqeyi isə bundan ibarətdir ki, Ermənistan işğal etdiyi torpaqlarımızdan dərhal çıxmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır: “...Ölkəmizin ərazi bütövlüyü Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Əgər bu gün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar masasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

