Akademik Ramiz Mehdiyevin kitabı polyak dilində çap olunub
07.04.2016 [10:20]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Polşada çap olunub.
Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixi, müstəqil ölkəmizin inkişafı və nailiyyətləri, Ulu öndər Heydər Əliyevin strateji kursu və Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin müxtəlif aspektləri haqqında Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qırğızıstan, Litva, Rumıniya və başqa ölkələrdə çap edilən müxtəlif kitablarının davamı olaraq “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Rusiya və Rumıniyadan sonra Polşada polyak dilində nəşr olunub.
Akademik Ramiz Mehdiyevin bu kitabında 2003-2013-cü illərdə Azərbaycanda yürüdülən siyasət, ideologiya, iqtisadiyyat, sosial həyat, mədəniyyət və təhsil sahələrində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan nailiyyətlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri (“ASAN xidmət”) haqqında geniş məlumat verilir.
Müəllif qeyd olunan illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salır, dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən mütərəqqi dəyişikliklər və həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan bəhs edir.
Ölkəmizin bu günü və gələcək inkişafı ilə bağlı qeyd edilən dərin və düşündürücü məqamlar belə deməyə əsas verir ki, bu əsər Azərbaycan haqqında mükəmməl fəlsəfi-siyasi monoqrafiya kimi ən müxtəlif təbəqəyə mənsub xarici oxucuların maraqla tanış olacağı obyektiv və dəyərli mənbədir.
Kitab Polşanın Torun şəhərindəki “Adam Marşalek” Nəşriyyat Evi tərəfindən çap olunub. Əsəri rus dilindən polyak dilinə Anna Yaqlonska və Yan Çixotskiy tərcümə ediblər.
Nəşrin arxa üzündə akademik Ramiz Mehdiyevin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

