“Xocalıya ədalət!” beynəlxalq kampaniyası mühüm nailiyyətlərin altına imza atıb
24.02.2016 [10:03]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası real nəticələrini verməkdədir
Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Eyni zamanda, Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın işğalından azad edilməsi istiqamətində göstərilən fəaliyyətin tərkib hissəsi olaraq Azərbaycan həqiqətlərinin təbliği, xalqımıza qarşı törədilən vəhşiliklərin dünyaya çatdırılması məqsədilə daimi iş aparılır. Bu baxımdan, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının dünyada tanıdılması böyük önəm daşıyır. Hadisənin detalları erməni qəsbkarlarının etnik mənsubiyyətinə görə azərbaycanlıları, bütöv bir şəhərin əhalisini məhv etmək məqsədilə törətdiyi insanlıq əleyhinə cinayətin məhz soyqırımı olduğunu nümayiş etdirir.
Ümumiyyətlə, son zamanlar Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. Buna paralel olaraq Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da real və konkret nəticələrini verməkdədir. Bu kampaniya təkcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrini əhatə etmir, Avropa məkanında, ABŞ-da, Rusiyada da bu deviz altında genişmiqyaslı tədbirlər keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər dünya ictimaiyyətinin Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərindən xəbərdar olmasına imkan verir.
Qeyd etdiyimiz kimi, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə mühüm nailiyyətlərə imza atıb. Vurğulayaq ki, 2010-cu ildə İƏT-ə üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilib.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması baxımından müasir tariximizin mühüm mərhələsi olub. Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib.
Beləliklə, Xocalı həqiqətlərini dünyaya tanıdan “Xocalıya ədalət!” kampaniyası öz fəaliyyətini uğurla davam etdirir. Kampaniyanın təbliği və tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəal iş aparılır, “Facebook”, “Twitter”, “İnstagram” və “You Tube” sosial şəbəkələrində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm işlər görülür. “Facebook” sosial şəbəkəsində yaradılan “http://www.facebook.com/JFKCampaign” səhifəsində Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verilir. Səhifədə Xocalı soyqırımını tanıyan, bu soyqırımını pisləyən qətnamə qəbul edən ölkələrlə bağlı xəbərlər və şərhlər, eləcə də Azərbaycanın, Dağlıq Qarabağın tarixi ilə bağlı məlumatlar öz əksini tapıb. İşğal altında olan Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların soyqırımına məruz qoyulması, günahsız insanların qətlə yetirilməsi ilə bağlı mühüm faktlar bu səhifənin ziyarətçilərinə təqdim edilib. Eləcə də ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin tarixi kimi məlumatlarla da məhz bu səhifə vasitəsilə tanış olmaq mümkündür.
Bununla yanaşı, “http://www.facebook.com/JFKCampaign” səhifəsində Azərbaycanın qədim mədəniyyət, dini abidələrinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılması faktları yer alıb. Ən əsası, səhifədə “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası çərçivəsində görülən işlərlə bağlı xəbərlər də öz əksini tapıb. Sosial şəbəkə istifadəçiləri bu səhifə vasitəsilə Xocalı soyqırımını əks etdirən foto və videomateriallarla tanış ola bilərlər. Qeyd edək ki, bu videomateriallar “Justice for Khojaly!” (“Xocalıya ədalət!”) kampaniyası çərçivəsində hazırlanıb və bir sıra xarici dillərə tərcümə olunub. Yeri gəlmişkən, “Xocalıya ədalət!” kampaniyası bir sıra ictimai təşkilatlar tərəfindən də dəstəklənir. Həmin ictimai təşkilatlar istər sosial şəbəkələrdə, istərsə də xarici ölkələrdə kampaniya çərçivəsində fəaliyyət göstərir, təbliğat işinə öz töhfələrini verirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

