Buryatiyada Heydər Əliyevə abidə qoyulacaq
13.02.2016 [11:23]
Rusiya Federasiya Şurasının Buryatiyadan olan üzvü Arnold Tuloxonov Buryatiyada Azərbaycan xalqının Ümummilli lideri, SSRİ dövrünün tanınmış partiya və dövlət xadimi Heydər Əliyevə abidə ucaldılması təşəbbüsü ilə çıxış edib.
TASS agentliyinin verdiyi məlumata görə, A.Tuloxonov fevralın 12-də mətbuat konfransında deyib: “Bunun bir səbəbi odur ki, Heydər Əliyev SSRİ hökumətinin baş nazirinin birinci müavini vəzifəsində çalışarkən Baykal-Amur Magistralı tikintisinə kuratorluq edib. Bu, həm dostluq, həm də minnətdarlıq rəmzi olacaq”.
“Abidə Severobaykalskda qoyulmalıdır və xalqlar dostluğuna, Baykal-Amur magistralının (BAM) tikintisinə həsr edilməlidir”, - deyən A.Tuloxonov xatırladıb ki, bu il BAM-ın Azərbaycandan olan inşaat dəstəsi tərəfindən tikilmiş “Anqoya” stansiyasına ilk qatarın gəlməsindən 35 il keçir.
A.Tuloxonovun sözlərinə görə, hazırda gələcək abidənin postamentinin eskizləri üzərində iş gedir. Layihənin həyata keçirilməsinə Buryatiyadakı Azərbaycan diasporu cəlb edilib. Federasiya Şurasının üzvü daha sonra deyib: “Layihəni büdcədənkənar mənbələr hesabına maliyyələşdirməyə hazır olan təşəbbüs qrupu artıq məlumdur”.
Senator əmindir ki, məhz bu cür layihələr ölkədə vətənpərvərlik və xalqlar dostluğu ideyalarının inkişafına və möhkəmlənməsinə kömək edəcək. A.Tuloxonov deyib: “BAM - bizim adamların sıx birliyinin ən parlaq nümunəsidir. BAM-ı bütün SSRİ tikirdi. İrkutsk vilayətində “Niya” stansiyasını gürcülər, “Anqoya” stansiyasını azərbaycanlılar, “Zolotinka” stansiyasını beloruslar inşa edib və s.”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

