Prezident Rosen Plevneliyev: Azərbaycan Bolqarıstan üçün çox vacib ölkədir
13.01.2016 [09:37]
Azərbaycan Bolqarıstan üçün yalnız enerji təhlükəsizliyi sahəsində deyil, digər sahələrdə də çox vacib ölkədir.
Bu fikri Bolqarıstan Prezidenti Rosen Plevneliyev Azərbaycanın bu ölkədə səlahiyyətləri başa çatan səfiri Emil Kərimovun Bolqarıstanın birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif edilməsi mərasimində bildirib.
Prezident Rosen Plevneliyev Azərbaycan və Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, ölkəmizə səfərlərini xatırladıb.
Bolqarıstan Prezidenti Azərbaycanın son illərdə sürətli inkişafından, həmçinin ölkəmizin beynəlxalq səviyyədə keçirilən tədbirlərə ev sahibliyi etməsindən danışıb. Ötən ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfərini xatırladan Prezident Rosen Plevneliyev səfər çərçivəsində ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əlaqələrimizin yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, həmçinin Heydər Əliyev Fondu ilə Bolqarıstanın Mədəniyyət Nazirliyi arasında imzalanan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası və yenidən qurulması, texniki infrastrukturun bərpası və təmiri” haqqında sazişin əhəmiyyətini vurğulayıb.
Prezident Rosen Plevneliyev Emil Kərimovun səfir kimi fəaliyyəti müddətində özünün ölkəmizə üç səfərini, o cümlədən Baş nazir və parlament sədrinin Azərbaycana səfərlərini, eləcə də Azərbaycan Prezidentinin Bolqarıstana səfərinin baş tutduğunu bildirib. O, E.Kərimovun iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə Bolqarıstanın birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif olunduğunu deyib və mükafatı ona təqdim edib.
Ordenə görə minnətdarlıq edən E.Kərimov Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini bildirib, ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, son illərdə ölkələrimiz arasında əlaqələrin genişləndiyini vurğulayıb.
Mərasimin sonunda Bolqarıstan Prezidentinin E.Kərimovla vida görüşü keçirilib. Görüşdə Prezident Rosen Plevneliyev Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş edib. O, Azərbaycanın Bolqarıstan üçün vacib ölkə olduğunu bir daha vurğulayıb və Azərbaycana yenidən səfər etmək arzusunu ifadə edib. E.Kərimov ölkələrimiz arasında sıx əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Mərasimdə Bolqarıstan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, Prezidentin xarici məsələlər üzrə müşaviri, xarici işlər nazirinin müavini və digər rəsmi şəxslər, səfirlər, ölkəmizin Bolqarıstandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

