Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin Müraciəti
30.12.2015 [10:28]
Əziz həmvətənlər, dəyərli soydaşlar!
Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının söz, əqidə və əməl birliyini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.
Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi dörd il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporu və icmaları inkişaf edib möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar.
Müasir dünyada cərəyan edən qlobal proseslər ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra hallarda xalqların tarix səhnəsində oynadıqları rolun yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək və milli mənafelərini müdafiə etmək imkanlarını qoruyub artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin məhz mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma Vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ardıcıl və dinamik inkişaf etməsini, ildən-ilə daha güclü dövlətə çevrilməsini qeyd edir. Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə daha da yüksəlməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından kənarda söz sahibi olması isə soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.
Dünya ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi nailiyyətlərə öz uğurları kimi sevinir, eyni zamanda, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyinə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, bir milyondan çox qaçqın və köçkünümüzün doğma yurd-yuvasına dönəcəyinə qətiyyətlə inanırlar. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, odur ki, bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasına öz müsbət təsirini göstərə bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələri birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir.
Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz!
Dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza əmin-amanlıq, qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının
Milli Məclisi
Bu Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 29 dekabr tarixli iclasında qəbul edilib.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50

