Rusiyalı ekspertlər: Azərbaycanın müsbət imicini ləkələmək mümkün olmayacaq
29.10.2015 [10:08]
Rusiyalı ekspertlər hesab edirlər ki, Azərbaycanda parlament seçkiləri ölkənin iqtisadi inkişafında yeni pilləyə keçmək üçün impuls verəcək.
Bu fikri “Azərbaycan parlament seçkiləri ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya” adlı məruzənin məlumatları da təsdiqləyir. Onun müəlliflərindən biri, “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Yuliya Yakuşeva qeyd edib ki, Azərbaycan bu seçkilərdə rekord sayda iştirakçını qeydiyyatdan keçirib. O deyib: “Keçən seçki kampaniyası ilə müqayisədə bu dəfə namizədlərin sayı iki dəfə çoxdur. Bu onu göstərir ki, ölkənin daxilində seçkilərə maraq çox böyükdür”.
Ekspertin fikrincə, bunun səbəbləri həm ölkədə, həm də onun xaricində ictimai-siyasi vəziyyətdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev də bu nöqteyi-nəzərə şərikdir. O vurğulayır ki, yeni seçkilər mahiyyət etibarilə böyük neft qiymətləri Azərbaycanından yeni Azərbaycana keçid pilləsidir. Burada iqtisadiyyat son illərdə qoruyub saxladığı inkişaf dinamikasını davam etdirərək, ilk növbədə qeyri-neft sektorunda və yüksək texnologiyalı istehsalda cəmlənəcək. Aleksandr Karavayev deyib: “Prezident İlham Əliyev dünyanın iqtisadi və geosiyasi vəziyyətinin çağırışlarını qəbul edib. O, bu gün əhalinin fəal hissəsinin arzusu ilə üst-üstə düşən yeni iqtisadi proqram həyata keçirir. Bu, hər şeydən əvvəl inhisarçılığa qarşı mübarizədir. İlk fərmanlardan biri aviabiletlərin qiymətinə aiddir. Bu həm əhali, həm də biznes üçün vacibdir. Nazirlik və nəqliyyat kommunikasiyaları səviyyəsində həyata keçirilən islahatlar ölkənin nəqliyyat-logistika kompleksinin olduqca səmərəli strukturunu formalaşdırır. Nəhayət, son ay korrupsiyaya qarşı sərt tədbirlərlə əlamətdar olub”.
Onun fikrincə, hakimiyyətin bu fəaliyyəti dövlət təsisatlarının nüfuzunu yüksəldib və müvafiq olaraq seçicilərdə seçkilərə böyük maraq oyadıb.
Ekspertlər beynəlxalq təşkilatların Azərbaycanda seçkiləri necə qiymətləndirmələrinə də diqqət yetiriblər. Söhbət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə etməkdən imtinasından düşüb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyavski əmindir ki, bu, ilk növbədə təşkilatın nüfuzuna zərbə vuracaq. Ekspert deyib: “Düşünmürəm ki, kənardan olan təzyiqlər Azərbaycanın müsbət imicini ləkələyə bilsin. Ümidvaram ki, bu seçkilər bütün beynəlxalq aktorlar tərəfindən qəbul ediləcək”.
O əlavə edir ki, DTİHB-nin imtinası bütövlükdə ölkədə seçkilərin qiymətləndirilməsinə zərrə qədər təsir etmir, çünki bu qiyməti hər şeydən əvvəl azərbaycanlılar özləri verməlidirlər.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, politoloq Natalya Krasovskayanın fikrincə, ATƏT-in Azərbaycana müşahidəçilərini göndərməməsi təzyiq cəhdidir, özü də iflasa uğramış cəhddir. O deyib: “İstənilən halda, Azərbaycanda seçkilər onsuz da Avropa ölkələri, İsrail, Türkiyə və dost Rusiyadan olan çoxsaylı xarici müşahidəçilərin iştirakı ilə keçiriləcək. Ölkə seçkilərə də, gələcək yüksəlişə də, müasir dövrün çağırışlarına adekvat cavab verməyə də hazırdır”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə qeyd edir ki, ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil siyasət respublikanın çiçəklənməsinə yönəldilib və bu, bütün dinlərin, millətlərin və baxışların dinc yanaşı yaşaması siyasətidir. “Bu, təəssüf ki, ayrı-ayrı siyasi qüvvələrin xoşuna gəlməyən əsl demokratik siyasətdir. Məhz buna görə biz Azərbaycanı müxtəlif yollarla nüfuzdan salmaq cəhdlərini görürük. Lakin bu, mümkün deyil, çünki bugünkü hakimiyyət əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Rusiya isə Azərbaycanın ən yaxın tərəfdaşı və qonşusu kimi, həm onun olduqca mühüm siyasi rol oynadığı Xəzəryanı regionun, həm də bu ölkənin sabitliyində maraqlıdır. Beləliklə, mən Azərbaycana dinc seçkilər və bu seçkilərin, şübhəsiz, regiona gətirəcəyi davamlı inkişaf arzulayıram”, - deyə deputat qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39

