Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək

22.10.2015 [10:50]

Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti və Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında bununla bağlı memorandum imzalanıb. Memorandumu xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev və Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz imzalayıblar.
“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Hafiz Paşayev Kosta-Rika və Azərbaycanın iki inkişaf edən bölgənin tərkib hissəsi olduğunu söyləyib. Qeyd edib ki, ölkələrimiz infrastruktur, təhsil, səhiyyə və digər sahələrə sərmayə yatırdıqlarını nəzərə alaraq bir çox sahələrdə təcrübə mübadiləsindən yararlana bilərlər.
Hafiz Paşayev “ADA” Universitetində əcnəbi tələbələr üçün xüsusi təqaüd proqramı barədə məlumat verib. Bildirib ki, “ADA”-da 40 ölkəni təmsil edən tələbə heyəti arasında bu günə kimi Latın Amerikası bölgəsindən də tələbələr təhsil alıblar. Burada, həmçinin Kosta-Rikada fəaliyyət göstərən BMT-nin Sülh Universitetindən müəllimlər akademik mübadilədə iştirak ediblər. Rektor Universitetin təhsil proqramları, eləcə də ənənəvi olaraq təşkil edilən Bakı Yay Enerji Məktəbi və Xəzər Hövzəsi Araşdırmaları təlim proqramına Kosta-Rikadan da müraciət olunmasını təklif edib.
Görüşdən sonra Manuel Qonzales Sanz “ADA” Universitetinin tələbələri qarşısında mühazirə ilə çıxış edib. Nazir ölkəsinin xarici siyasət prioritetləri, qlobal səhnədə baş verən hadisələrlə bağlı mövqeyi və Azərbaycana səfəri ilə bağlı fikirlərini bölüşüb. O, universitetin tələbə və müəllim heyətinin suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30