“Opinionway” Yenilikçi Araşdırma Şirkətinin keçirdiyi sorğunun nəticələri nəyi ifadə edir?
22.10.2015 [10:18]
Ekspertlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirirlər
Xəbər verildiyi kimi, Fransanın “Opinionway” Yenilikçi Araşdırma Şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğuda iştirak edən respondentlərin 58 faizi hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. “Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?” sualına respondentlərin 54,1 faizi “Yaxşılaşır” cavabını verib. Bununla yanaşı, “Prezident İlham Əliyevin Prezident kimi Öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?” sualını cavablandıran respondentlərin 78,8 faizi “Çox qane edir” cavabını verib. “Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz?” sualına respondentlərin “İqtidar və ya iqtidaryönümlü partiyanın namizədini” cavabı 71,7 faiz civarında olub.
Göründüyü kimi, bütövlükdə, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində bu reallığı ifadə edirlər.
Ümumiyyətlə, Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Eyni zamanda, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu isə Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli tərəqqiyə önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 12 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Ekspertlər isə “Opinionway” Yenilikçi Araşdırma Şirkətinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğunun ölkəmizdə vətəndaşların iqtidara mütləq inam və etimad bəslədiyini göstərdiyini ifadə edirlər. Məsələn, Beynəlxalq Energetika Akademiyasının professoru, sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib: “Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin, o cümlədən “Opinionway” Yenilikçi Araşdırma Şirkətinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğu bunu birmənalı şəkildə ifadə edir. Belə mərkəzlərin ölkəmizdə seçki öncəsi bu nəticələri əldə etməsi təəcüblü deyil, çünki bizim öz araşdırmalarımız da buna yaxın nəticələr göstərir. Bu nəticələrin əsas səbəbi dünyanı böhran və kataklizmlərin bürüdüyü bir zamanda ölkəmizdə olan hərtərəfli sabitlikdir. İnsanlar gözəl başa düşürlər ki, bu ölkə rəhbərliyinin gərgin, düzgün fəaliyyətinin nəticəsidir. İndi biz daha çox bu xarici şirkətlərin - sorğu mərkəzlərinin əldə etdikləri nəticələrdən öz xarici siyasətimizi qurmaqda, diaspor fəaliyyətimizdə, xaricdə keçirilən tədbirlərdə, siyasi texnologiyaların qurulmasında daha elmi şəkildə istifadə etmək haqda düşünməliyik”.
Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz dinamik inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malikdir. Həyata keçirilən siyasətin başlıca məqsədi kimi, hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir: “Bu gün Azərbaycan regionun lider dövlətidir. Bunlar da, heç şübhəsiz ki, Azərbaycan Prezidentinin məqsədyönlü, düşünülmüş siyasəti ilə bağlıdır. Azərbaycanın beynəlxalq mövqeyi daim möhkəmlənir, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial mövqe nümayiş etdirilir. Məhz bütün bu amillərə görə “Opinionway” sorğu mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğunun nəticələri Azərbaycan iqtidarına yüksək inam və etimadı ifadə edir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

