Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Manuel Qonzales Sanz: Azərbaycan regionda Kosta-Rika üçün müttəfiq ölkədir

Manuel Qonzales Sanz: Azərbaycan regionda Kosta-Rika üçün müttəfiq ölkədir

21.10.2015 [10:04]

Azərbaycan regionda Kosta-Rika üçün müttəfiq ölkədir.
AZƏRTAC xəbər verir ki, bu fikri Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir son illər Azərbaycanda gedən inkişaf proseslərinin təqdirəlayiq olduğunu bildirib. O, Azərbaycanın əldə etdiyi nailiyyətlərin digər ölkələr üçün nümunə olduğunu deyib.
Kosta-Rikanın Azərbaycanla humanitar, iqtisadi və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edən Manuel Qonzales Sanz tələbə mübadiləsinin həyata keçirilməsinin əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulayıb.
Nazir Kosta-Rikanın BMT və digər beynəlxalq qurumlar çərçivəsində atılan sülhməramlı addımları dəstəklədiyini söyləyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasının zəruriliyini bildirib. Kosta-Rikanın ordudan imtina etdiyini deyən M.Q.Sanz ölkəsinin beynəlxalq məsələlərin həllində yalnız beynəlxalq hüququn aliliyinə güvəndiyini diqqətə çatdırıb.
Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə böyük önəm verdiyini deyən Elmar Məmmədyarov görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində atılacaq addımları müzakirə etdiklərini söyləyib. O əlavə edib ki, söhbət zamanı Latın Amerikası ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Həmçinin qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı durumu, qaçqın və məcburi köçkünlər haqqında məlumat verilib. E.Məmmədyarov Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi mexanizminə uğun olaraq, siyasi dialoqun gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri görüşdə qarşılıqlı investisiyaların yatırılması məsələsinin də diqqət mərkəzində olduğunu deyib.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30