Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə inkişaf edir

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə inkişaf edir

20.10.2015 [10:27]

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, ölkələrimiz arasında nümunəvi əməkdaşlıq mövcuddur.
Xalqlarımızın əlaqələrinin yüksək dostluq münasibətləri əsasında davam etdiyini bildirən Baş nazirin müavini görüşdə müzakirə olunan məsələlər barədə danışarkən ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı ətraflı müzakirələrin aparıldığını vurğulayıb. O deyib: “Bir daha hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörməti ifadə etdik. Siyasi dialoqun davam etdirilməsi prosesinə və strateji əməkdaşlığa sadiqliyimizi bildirdik”, - deyə G.Kvirikaşvili əlavə edib. O vurğulayıb ki, ikitərəfli münasibətlərdə əsas sahələrdən biri kimi enerji əməkdaşlığını xüsusi qeyd etmək olar: “Gürcüstan Azərbaycanın əsas enerji istehlakçılarından biridir. Biz dəhliz rolunu oynayırıq. Nəqliyyat sahəsində əməkdaşlıqla dəhlizin daha nümunəvi işləməsi üçün səylərimizi əsirgəməyəcəyik”.
Azərbaycanın Gürcüstanın etibarlı tərəfdaşı olduğunu deyən G.Kvirikaşvili birgə səylərlə daha yeni layihələrin icra ediləcəyinə əminliyini bildirib.
Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlığın gündən-günə möhkəmləndiyini söyləyən nazir Elmar Məmmədyarov ölkələrimizin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etdiyini bildirib. Nazir deyib ki, görüşdə enerji sahəsində əməkdaşlıq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin, iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və gürcü xalqlarının tarixi və ənənəvi dostluq əlaqələrindən danışan nazir dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradəyə uyğun olaraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın və Gürcüstanın bir sıra irimiqyaslı enerji və nəqliyyat layihələrınin reallaşmasında nümunəvi əməkdaşlığını qeyd edib.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30