Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib
09.10.2015 [10:00]
Oktyabrın 8-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib.
Dünyada və regionda təhlükəsizliyə, sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tərəfdaş xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Həmin gün işə başlayan iclası giriş sözü ilə milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov açıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlətimizin başçısı İlham Əliyevin adından tədbir iştirakçılarını salamlayıb, ölkələrimizin rəhbərlərinin türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə daim xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edilib ki, bu müsbət impuls ölkələrimizin təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq əlaqələrində də əksini tapmaqdadır.
Ramiz Mehdiyev müzakirə ediləcək məsələlərin səmərəli olacağını və konkret nəticələr verəcəyini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən nazir Eldar Mahmudov konfrans iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə doğuran hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan, xüsusilə terrorçuluq, dini ekstremizm və nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirib.
Qeyd edilib ki, müasir terrorçu təşkilatların öz cinayətkar əməllərini daha da genişləndirmək üçün nəzarət olunmayan zonalar yaratmaq məqsədilə qarşılarına ayrı-ayrı ölkələrin ərazilərinin qəsb edilməsi kimi strateji hədəflər qoyduqlarını Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq kürsülərdən mütəmadi olaraq diqqətə çatdırıb. Bu təhlükənin ağır fəsadları artıq əyani şəkildə Ermənistan Respublikasının Azərbaycana qarşı yeritdiyi dövlət terrorçuluğu və təcavüzkar separatçılıq siyasətinin nümunəsində sübuta yetirilib. Lakin bir sıra beynəlxalq dairələrdə bu məsələnin təhlükəliliyinə ikili yanaşmaların mövcud olması problemin indiyədək ədalətli həllini tapmamasının başlıca səbəblərindəndir. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsinin xüsusi xidmət orqanları arasında çoxtərəfli əməkdaşlığın daha da yüksəldilməsi üçün münbit zəmin yarada biləcəyini vurğulayan nazir Eldar Mahmudov bu cür əməkdaşlıq mexanizmlərinin, eyni zamanda, “İslam dövləti” terrorçu təşkilatı kimi qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətindən irəli gələn təhlükələrin qarşısının vaxtında alınmasına töhfə verəcəyinə əminliyini bildirərək deyib: “Təəssüf ki, “İslam dövləti” terrorçu təşkilatının timsalında artıq beynəlxalq ictimaiyyət silahlı separatçılığın daha təhlükəli nümunəsi ilə üzləşib. Bir neçə ölkənin ərazisində fəaliyyət göstərən və öz nüfuz dairəsini genişləndirməyə çalışan bu terrorçu təşkilat qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”.
Eldar Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Konfransın XVIII iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsir göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksələcəyinə ümidvar olduğunu söyləyib.
İclasda çıxış edən Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan terrorçuluq və digər transmilli cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri barədə danışıb.
Qazaxıstan Respublikası Xarici Kəşfiyyat Xidmətinin direktoru Qabit Bayjanov terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə digər iştirakçıların da çıxışları və multimedia təqdimatları maraqla qarşılanıb, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclasının nəticələri üzrə yekun sənəd imzalanıb, Konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06

