Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib
01.10.2015 [10:46]
Yekaterinburqdakı Beynəlxalq Sərgi Mərkəzində VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, regionlararası forumun işində iştirak etmək üçün Azərbaycandan buraya geniş nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, müxtəlif nazirlik və idarələrin, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri və rayon icra hakimiyyətlərinin başçıları daxildir.
Forumun təşkilatçıları Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyidir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin regionlararası forumun iştirakçılarına təbrik məktubunu Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.
Rusiyanın dövlət başçısının təbrikində qeyd edilir ki, ötən illər ərzində Rusiya-Azərbaycan əlaqələri daha da möhkəmlənib. Bu gün ticari-iqtisadi sahədə, sənaye, energetika, elmi-texniki və başqa sahələrdə qarşılıqlı fəaliyyəti möhkəmlətmək üçün hər iki ölkənin bütün zəruri imkanları var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlararası forumun iştirakçılarına təbrik məktubunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub (məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Forumun “Regionlararası əməkdaşlığın nəticələri və perspektivləri” mövzusunda plenar iclasında çıxış edən Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib ki, Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir və bu münasibətlər strateji tərəfdaşlıq nümunəsidir. O bildirib ki, Rusiya Federasiyasının 75 subyekti, xüsusən Dağıstan, Tatarıstan, Moskva, Sankt-Peterburq və başqa regionlar Azərbaycanla sıx ticari-iqtisadi əlaqə saxlayırlar. Nazir müavini son beş ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin iki dəfə artdığını xatırladaraq bildirib ki, cari ilin birinci yarısında bu göstərici 1,7 milyard ABŞ dollarına bərabər olub.
Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib ki, Rusiya Azərbaycanın bu cür tədbirlər keçirdiyi yeganə ölkədir. O xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında möhkəm müqavilə-hüquqi baza mövcuddur, 170-dən çox sənəd imzalanıb, onlardan 50-si iqtisadi əməkdaşlığa aiddir. Nazir müavini qarşılıqlı sərmayə qoyuluşunun vacibliyindən söhbət açaraq bildirib ki, Rusiya Azərbaycana 1,8 milyard dollar həcmində sərmayə yatırıb. Azərbaycanın Rusiyaya birbaşa investisiyalarının həcmi 1 milyard dollardan çox olub. N.Səfərov sonda deyib: “Azərbaycan iqtisadi əlaqələri genişləndirməkdə, Rusiya Federasiyası ilə əmtəə dövriyyəsini artırmaqda maraqlıdır”.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev çıxışında qeyd edib ki, Sverdlovsk vilayəti ilə Azərbaycan Respublikasının ticari-iqtisadi əməkdaşlığının daha da möhkəmlənməsi üçün böyük potensial imkanlar var. 2014-cü ildə Azərbaycan ilə xarici ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıb və vilayət 2015-ci ildə də bu yüksək səviyyəni saxlamaq niyyətindədir. Sverdlovsk vilayəti maşınqayırma, əczaçılıq və neft-qaz sahələrində Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsini perspektivli sayır.
Forumda çıxış edən İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov bu cür görüşlərin vacibliyi və ikitərəfli münasibətlərin inkişafında diaspor təşkilatlarının rolu barədə danışıb. O bildirib ki, İnquşetiyada 5 mindən çox azərbaycanlı yaşayır, onlar respublikanın ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edirlər. İnquşetiyanın rəhbəri Azərbaycan ilə əməkdaşlığın perspektivlərindən söhbət açaraq 2016-cı ildən etibarən Mineralnıye Vodı-Bakı müntəzəm turist marşrutunu istifadəyə verməyi təklif edib. O, forumun işində iştirak edən gənc biznesmenləri İnquşetiyada öz bizneslərini genişləndirməyə dəvət edib.
Tatarıstanın Baş naziri İldar Xalıkov deyib ki, Azərbaycan Respublikası Tatarıstan üçün həm iqtisadi və ticari, həm də siyasi sahələrdə xüsusi tərəfdaşdır. O bildirib ki, oktyabrın 7-də Kazanda Azərbaycan investisiyalarının iştirakı ilə şirə istehsalı müəssisəsinin tikintisinə başlanacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi potensialından söhbət açıblar.
Plenar iclasda Bakının Nərimanov rayonunun, Şəki şəhərinin və Qusar rayonunun icra hakimiyyəti başçıları da çıxış ediblər. Onlar Rusiya Federasiyasının subyektləri ilə qarşılıqlı əlaqələr, başçılıq etdikləri rayonların iqtisadi potensialı və başqa məsələlər barədə məlumat veriblər.
Plenar iclas başa çatandan sonra sənədlər imzalanıb. “Lotos” Xüsusi İqtisadi Zonası” Açıq Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası) ilə “Mətanət A” şirkətlər qrupu (Azərbaycan Respublikası) arasında investisiya layihəsinin həyata keçirilməsinə dair niyyət sazişi, Xarici ticarətin və beynəlxalq iqtisadi münasibətlərin inkişafı üzrə Şura (Rusiya Federasiyası) ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında saziş imzalanıb. İmzalanma mərasimində Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski və Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov iştirak ediblər.
Sonra VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işini “dəyirmi masa”larla davam etdirib. Rusiya-Azərbaycan Gənclər Forumu, habelə ekspertlərin “Rusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyillər. İqtisadiyyat, siyasət, inteqrasiya” mövzusunda görüşü, sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın inkişafı və başqa mövzularda “dəyirmi masa”lar keçirilib.
Forum işini yekun plenar iclası ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

