Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

24.09.2015 [12:30]

Sentyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il sentyabrın 18-də və 19-da keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni və forması təsdiq edilib, ümumilikdə 5344431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Ana Vətən Partiyası və “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb və sözügedən siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edilib.
İclasda, həmçinin Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Paylaş:
Baxılıb: 641 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30