Azərbaycan muğamı yeni inkişaf mərhələsindədir
18.03.2009 [13:37]
Dünən ölkəmizdə keçiriləcək “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində reallaşacaq Beynəlxalq Elmi Simpoziuma dair mətbuat konfransı keçirilib. Konfransı təhsil naziri Misir Mərdanov açaraq son illər Azərbaycan mədəniyyətinin, xüsusilə də, muğamının inkişafında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rolunun əvəzsiz olduğunu deyib. M.Mərdanov bildirib ki, məhz ölkənin birinci xanımının muğama göstərdiyi diqqət və qayğı nəticəsində gənclərdə bu sahəyə böyük maraq oyanıb. Beynəlxalq Muğam Festivalında iştirak etmək haqqı qazanan respublika müsabiqəsinin gənc qaliblərinin istedadlarından razılıq edən nazir onların püxtələşməsi üçün dövlət tərəfindən yaradılan imkanlardan danışıb. Nazir onu da bildirib ki, Azərbaycanda ilk dəfədir ki keçiriləcək simpoziumda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, çin, Tunis, Rusiya, özbəkistan, Tacikistandan olan alimlər və musiqi xadimləri iştirak edəcəklər. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı var. Simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York şəhər Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, eləcə də, MDB ölkələrindən özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən “Akademiya makoma”nın direktoru Abduvali Abduraşitov iştirak edəcəklər. Seksiyaların iclasında Azərbaycanın, İranın, Türkiyənin, Pakistanın, Hindistanın, Tunisin, özbəkistanın və Tacikistanın musiqi mədəniyyətinə həsr olunan məruzələr dinləniləcək.
Simpoziumun mahiyyətindən söhbət açan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, muğama yaxın olan musiqi ənənələrinə həsr olunan elmi görüşlər xüsusi tarixi əhəmiyyət kəsb edir. Xalq artistinin sözlərinə görə, simpoziumun işinə BBC radiosunun “Word Routes” musiqi proqramının aparıcıları, tanınmış musiqi xadimləri professor Lyusi Düran və Ceyms Parkin, “Pan Rekords” kompaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya musiqisinin Böyük Britaniyada təbliğçisi “Azian Serkyüt” kompaniyasının meneceri Viram Casani və digər tanınmış simalar qatılacaq. Sözügedən festival və simpozium sayəsində Azərbaycan muğamının daha da inkişaf edəcəyini vurğulayan F.Əlizadə paralel olaraq muğamın dünyada populyarlıq qazanacağını dilə gətirib.
Xatırladaq ki, mart ayının 20-də Beynəlxalq Muğam Mərkəzində təntənəli açılışı baş tutacaq “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının prezidenti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə reallaşacaq festival konsertlərində 10 ölkədən musiqiçilər çıxış edəcəklər. Konsertlər beş gün müddətində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertlərdə Azərbaycan muğam ustalarının ifasında 7 əsas Azərbaycan muğamı ifa olunacaq. Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə Silvio Sergio Barbato və Fəxrəddin Kərimovun dirijorluğu ilə F.Əmirovun “Şur”, “Kürd Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, Niyazinin “Rast” simfonik muğamı, o cümlədən, Aqşin Əlizadənin “Muğamvari” simfoniyası, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirovun “Füzuli” kantatası səsləndiriləcək. O ki qaldı Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının muğam operalarına, tamaşaçılara ü.Hacıbəylinin “Leyli və Məcnun”, Z.Hacıbəyovun “Aşıq Qərib” operası təqdim olunacaq. Caz Mərkəzində isə etno-caz musiqisi axşamları planlaşdırılıb.
Onu da qeyd edək ki, I Beynəlxalq Muğam Festivalında iştirak etmək üçün YUNESKO-nun baş direktoru Koisiro Matsuura da Azərbaycana təşrif buyuracaq. Səfər çərçivəsində martın 19-da baş direktor YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva ilə görüşəcək. O ki qaldı sözügedən festivalın təntənəli bağlanış mərasiminə, tədbir martın 25-də Heydər Əliyev Sarayında reallaşacaq.
Turanə QADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50

